thumb|upright=1.1|alt=A photograph of Hepburn as Princess Ann in the film Roman Holiday.|Odri Hepbern "Roma tətilləri" filmində şahzadə Anna rolunda (1953) Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir. Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır. Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır. Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu. O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi. Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü. Odri Hepbern 1954-cü ildə Billi Uaylderin "Sabrina" adlı romantik komediyasında Hamfri Boqart və Uilyam Holden kimi aktyorlarla tərəf-müqabil olaraq, məhəbbət üçbucağının mərkəzində olan sürücü qızını canlandırdı. Elə həmin ildə Hepbern "Undina" tamaşasındakı ifasına görə "Səhnə əsərində ən yaxşı aktrisa" nominasiyasında "Toni" mükafatına layiq görüldü.

Aktrisanın kinoda növbəti qəhrəmanı 1956-cı ildə Lev Tolstoyun eyniadlı romanı əsasında çəkilmiş "Hərb və sülh" filmində Nataşa Rostova obrazı olur. 1957-ci ildə Hepbern, Qeri Kuper və Moris Şevalye ilə birlikdə rejissor Billi Uaylderin "Günortadan sonra məhəbbət", eləcə də Fred Asterlə birlikdə "Məzəli sima" filmlərində baş rolda çəkildi. İki ildən sonra aktrisa "Yaşıl məkanlar" romantik filmində yenidən ekranlarda göründü. Daha sonra isə "Rahibənin hekayəti" filmində rahibə Lük rolunu ifa etdi. 1961-ci ildə Hepbern "Tiffanidə səhər yeməyi" romantik komediya filmində yelbeyin qız Holli Qolaytli rolunda və aktrisa Şirli Makleynlə tərəf-müqabil olduğu Uilyam Uaylerin "Uşaqların saatı" dramında Karen Rayt obrazında çıxış etdi. İki ildən sonra o, Keri Qrantla birlikdə "Şarada" romantik detektiv filmi ilə ekranlara gəlir. Bu rolların ardınca Odri Hepbern aktyor Uilyam Holdenlə birlikdə "Paris isti olanda" komediyasında Qabriell və "Mənim gözəl xanımım" musiqili filmində gülsatan qız Eliza rollarını ifa edir (hər ikisi: 1964). 1967-ci ildə aktrisa "Qaranlığadək gözlə" trillerində öz evində narkotik alverçilərinin təhdidləri altında qalmış kor qadın rolunda çəkilir. Bu filmdə ifa etdiyi rola görə aktrisa Ən yaxşı qadın roluna görə Oskar mükafatına namizəd olub. Doqquz ildən sonra rejissor Riçard Lester "Robin və Merian" filmini çəkir və həmin filmdə Robin Qud rolunu Şon Konneri, Merian rolunu isə Odri Hepbern ifa edir.

Odri Hepbernin kinoda sonuncu rolu Stiven Spilberqin "Həmişə" (1989) filmində epizodik mələk rolu oldu. Son dəfə isə tamaşaçılar aktrisanı ekranda 1993-cü ildə "Odri Hepbernlə dünyanın bağçaları" () silsilə televiziya sənədli filmlərində görə bildilər. Bu layihədəki iştirakına görə aktrisa ölümündən sonra "İnformasiya proqramında Ən Böyük Fərdi Nailiyyətə görə" Praym-Taym "Emmi" mükafatına layiq görülmüşdür. Kinoda göstərdiyi fəaliyyətə və uğurlu karyerasına görə Odri Hepbern BAFTA-nın Xüsusi Mükafatına, "Qızıl Qlobus"un fəxri Sesil B. De Mill mükafatına, Kino sahəsinə verdiyi töhfələrə görə ABŞ Kinoaktyorlar Gildiyasının mükafatına və "Toni" Xüsusi Mükafatına layiq görülmüşdür.

Kinodakı rolları thumb|alt=A still of Hepburn in character as Princess Ann in the film Roman Holiday|upright|Odri Hepbern "Roma tətilləri" filmində (1953) thumb|alt=A still of Hepburn on the left opposite William Holden on the right in the film Sabrina.|upright|Odri Hepbern və tərəf-müqabili Uilyam Holden "Sabrina" filmində (1954) + Kino rollarının siyahısı Filmin adı Orijinal adı İl Rol Qeydlər Yeddi dərs ərzində hollandlar 1948 StüardessaYabanı yulaf dənəsi 1951otel işçisi Gənc qadınların hekayələri 1951 İv LesterCənnətdə gülüş 1951FrieldaLavender Hill dəstəsi 1951 ÇikitaGizli adamlar 1952 Nora BrentanoMonte Karlonun uşaqları 1952 Linda FarrellMelissa Farrell Eyni zamanda həm ingilis, həm də fransız dilində olan film. Roma tətilləri 1953Şahzadə AnnaSabrina 1954 Sabrina Feyrçayld Böyük Britaniyada: Sabrina FairHərb və sülh 1956 Nataşa RostovaGünortadan sonra məhəbbət 1957 Ariana ŞavessMəzəli sima 1957 Co StoktonYaşıl məkanlar 1959 RimaRahibənin hekayəti 1959 Lük BacıBağışlanmamış 1960 Reyçel ZaxariyaTiffanidə səhər yeməyi 1961 Holli QolaytliUşaqların saatı 1961 Karen RaytŞarada 1963 Recina LempertParis isti olanda 1964 Qabriell SimpsonMənim gözəl xanımım 1964 Eliza DulitlMilyonu necə oğurlamalı 1966 Nikol Bonneİki nəfər yolda 1967 Coanna VollesQaranlığadək gözlə 1967 Süzi HendriksRobin və Merian 1976 MerianQan xətti 1979 Elizabet RuffOnların hər biri güldü 1981 Anjela NiotisHəmişə 1989 mələk

Televiziya rolları thumb|200px|alt=A photograph of Hepburn on the right and Mel Ferrer on the left in the television episode Mayerling|Odri Hepbern və Mel Ferrer "Mayerlinq" (1957) televiziya tamaşasında + Televiziya işlərinin siyahısıProqramın adıOrijinal adıİlRolTelekanal Qeydlər Şənbə gecəsinin tamaşası 1950 NaməlumBBC Television Service 3 tamaşaŞənbə gecəsi teatrı 1951 SeliyaBBC Television Service "Sakit kənd" tamaşasıCBS Televiziya Emalatxanası 1952Virciniya ForsaytCBS "Cənnətin kandarında yağışlı gün" tamaşasıProdüser meydançası 1957 Mariya fon VeçeraNBC "Mayerlinq" tamaşasıSevgi dünyası 1970 ÖzüCBSXüsusi UNICEF buraxılışıOğrular arasında məhəbbət 1987Karolina Dü LakAmerican Broadcasting Company Televiziya filmiAmerika ustaları 1988 ÖzüPBS "Rejissoru Uilyam Uayler" bölümüSənədli filmQreqori Pek: Onun şəxsi dünyası 1988 ÖzüCinemaxSənədli film Odri Hepbernlə dünyanın bağçaları 1993 ÖzüPBSSənədli silsilə

Səhnə rolları + Teatr rollarının siyahısı Tamaşanın adıOrijinal adı İl(lər) RolTeatr Qeydlər Böyük düyməli ayaqqabılar 1948–49 Xordakı qız London HippodromuTartar sousu 1949 Xordakı qız Kembric TeatrıPikuant sousu 1950 Dəvət olunmuş ifaçı Kembric TeatrıJiji 1951 Jiji Fulton Teatrı 24 noyabr 1951 – 31 may 1952Undina 1954 Undina Riçard Rocers Teatrı(46-cı küçə teatrı) 18 fevral 1954 – 3 iyul 1954

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Odri Hepbern