— Daysuke İzuka və Kurocişinin rəssamlığı ilə Takumi Yanay tərəfindən yazılan fentezi ranobe seriyası. AlphaPolis nəşriyyatı tərəfindən nəşr olunur. Satoru Saounun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 2011-ci ilin iyulunda nəşr olunmağa başlamışdır. Bundan əlavə 2015-ci ildən 3 spin-off manqası nəşr olunur. Ranobe əsasında A-1 Pictures tərəfindən anime serialı adaptasiyası çəkimişdir. Animenin birinci mövsümü 2015-ci ilin iyulundan sentyabrına qədər, ikinci mövsümü 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Manqa adaptasiyası Sekai Project, anime serialı Sentai Filmworks, Madman Entertainment və MVM Films tərəfindən lisenziyalaşdırılmışdır.
Məzmun Bir gün Tokionun Ginza rayonunda müəmmalı darvaza açılır və darvazanın içindən çıxan legion əsgərləri və fentezi bədheybətləri şəhərə hücum edirlər. Daha yaxşı silahlanmış və taktiki cəhətdən daha üstün olan Yaponiya Özünümüdafiə Qüvvələri asanlıqla düşməni püskürdür və darvazanın nəzarətini ələ keçirir. Tezliklə darvazanın o biri tərəfindəki dünyanın necə olduğunu öyrənmək və həmin dünyadakı imperiya ilə sülh danışıqları aparmaq üçün Yaponiya Özünümüdafiə Qüvvələri darvazadan keçərək yeni dünyaya daxil olur. Baş qəhrəman, YÖQ-nin birinci leytenantı Yoci İtami sehrin, əjdahaların və elflərin real olduğu bu dünyanı öyrənməyə göndərilir. Fentezi hekayələri ilə arası çox yaxşı olan İtami tezliklə yeni dünyaya öyrəşir və yeni dostlar qazanır.
Personajlar Əsas
Yaponiya Üçüncü Rekon Birliyi
YÖQ
Yaponiya hökuməti və vətəndaşlar
Gate Qızılgül Cəngavərləri Ordeni
Bifiter E Keti Formal klan
Koda kəndi
Digər vətəndaşlar
İmperiya
Diabo Sol Sezar
Media Ranobe Yaponiya Özünümüdafiə Qüvvələrinin keçmiş əməkdaşı Takumi Yanay əvvəlcə romanı 2006-cı ilin aprelindən 2009-cu ilin iyununa qədər istifadəçi məzmunlu Arcadia saytı vasitəsilə təxəllüsü ilə yayımlamışdır. 2010-cu ildə AlphaPolis nəşriyyatı romanı çap etmək qərarına gəlmişdir. Əsərin daha az milliyyətçi olması üçün ilk iki veb-roman cildi bir az dəyişdirilmiş, üçüncü — sonuncu veb-roman cildi isə yenidən yazılaraq 3 cildə bölünmüşdür. Nəticədə, ortaya beş cild çıxmışdır. Bu beş cild Daysuke İzukanın rəssamlığı ilə 12 aprel 2010-cu ildən 22 dekabr 2011-ci ilə kimi nəşr olunmuşdur. Seriya 2015-ci ilin iyununa kimi cildlərin yan hekayələri ilə davam etmişdir. 2012-ci ilin dekabrında AlphaPolis romanı ranobe şəklində yenidən nəşr etməyə başlamışdır. Hər bir roman cildi kiçik ölçülü, bunkobon formatında olan iki ranobe cildinə bölünmüşdür. Ranobelərin rəssamlığını Kurocişi etmişdir.
Manqa AlphaPolis tərəfindən 5 manqa adaptasiyası nəşr olunmuşdur. Satoru Saonun rəssamlığı ilə hazırlanan ilk manqa adaptasiyası 2011-ci ilin iyulundan 2015-ci ilin avqustuna qədər nəşr olunmuşdur və 6 cildi buraxılmışdır. Kuinji 51-gou-nun rəssamlığı ilə hazırlanan ikinci manqa adaptasiyası komediya janrında olan yonkomadır və 2014-cü ilin dekabrında nəşr olunmağa başlamışdır. Üçüncü manqa adaptasiyasının rəssamı Yukie Şirendir və Pina Ko Lada ilə Qızılgül Cəngavərləri ordeninin əsas hekayələr başlamazdan qabaq başına gələn hadisələrdən bəhs edir. Bu manqa 2015-ci ilin martından nəşr olunur. Abeno Çakonun rəssamlığı ilə istehsal olunan "Gate: Featuring the Starry Heavens'" adlı dördüncü manqa adaptasiyası əsas üç qadın personajın musiqiçi olmasından bəhs edir və 2015-ci ilin martından nəşr olunur. Çi tərəfindən hazırlanan bir spin-off manqası 2015-ci ilin martında nəşr olunmuşdur.
Anime Takahiko Kyoqokunun rejissorluğu ilə A-1 Pictures studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmişdir. Animenin presonaj dizaynları ranobedəki dizaynlara əsaslanmışdır. İlk 12 seriya Yaponiyada 4 iyuldan 18 sentyabr 2015-ci ilə kimi nəşr olunmuşdur. Crunchyroll tərəfindən onlayn yayımlanmışdır və Sentai Filmworks tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Animenin ikinci hissəsi 9 yanvardan 26 mart 2016-cı ilə kimi Tokyo MX kanalı vasitəsilə yayımlanmışdır. İlk 12 seriyanın açılış mahnısı Kisida Kyoudan & The Akebosi Rockets rok qrupu tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı isə Hisako Kanemoto, Nao Toyama və Risa Taneda tərəfindən ifa olunan mahnısı olmuşdur.
Seriya siyahısı № Başlıq Yayım tarixi
Qəbul Anime adaptasiyası Akiba Souken tərəfindən 2016-cı ildə keçirilən sorğuda isə ən yaxşı 6-cı "hadisələri alternativ dünyada baş verən" anime seçilmişdir (86 səs).
Anime News Network-dan Rebekka Silverman animenin ilk 12 seriyasını müasir ordunun fentezi ordusuna qarşı döyüşünün təkrarolunmaz təqdimatına, əsas personajın gənc yox, yetkin olduğuna və təkrarolunmaz personajlarına görə tərifləmiş, lakin çox siyasi olduğuna və Yaponiya ordusunu çox təriflədiyinə görə tənqid etmişdir.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı Animenin rəsmi saytı
Kateqoriya:2010-cu ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2011-ci ilin manqaları Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:A-1 Pictures Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Sentai Filmworks Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Şonen manqaları Kateqoriya:Çap olunmuş veb-komikslər Kateqoriya:Uydurmada istilalar Kateqoriya:Uydurmada soxulcan dəlikləri Kateqoriya:Uydurmada Tokio Kateqoriya:Uydurmada Yaponiya Özünümüdafiə Qüvvələri Kateqoriya:Uydurmada paralel kainatlar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:2017-ci ilin Yaponiya romanları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:İsekay anime və manqaları