Yeni Şotlandiya yarımadası () — Kanadanın cənub-şərqində yerləşən yarımada.
left|thumb|Yeni Şotlandiya
Coğrafiya Yarımadanın ərazisinin böyük qismi Yeni Şotlandiya vilayəti ərazisində yerləşir. Yarımadanın uzunluğu 430 km, eni isı 130 km. Şərqdə ensiz Kanso boğazı yarımadanı Keyp-Breton adasından ayırır. Şimaldan Nortamberlend boğazı Şahzadə Eduard Adasından ayırlr. Cənubdan və cənub-şərqdən Atlantik okeanın suları ilə yuyulur. Qərbdən Men körfəzi, şimal-qərbdən Fandi körfəzi ilə əhatələnir. Materiklə Şiqnekto bərzəxi ilə birləşir.
Cənub və cənub-şərqdən sahilləri olduqca parçalıdır və fiordlarla zəngindir. Körfəzləri: Fandi, Maynas, Şiqnekto, Sent-Corc, Kantri, İndian, Musquodoboit. Buxtaları: Annapolis, Şedabakto, Marqarets, Maxoun, Meduey, Cordan, Sent-Meris, Kobekuit. Sahil xəttinin uzunluğu 7579 km-dir. Sahil sularında 3809 kiçik ada vardır.
Çayları: Annapolis, Mersey, Meduey, Biber, Mus, Şubenakadi. Gölləri: Rossinol, Kecimkucim, Paradaiz, Malqreyv. İri şəhərləri: Qalifaks və Dartmunt. Ucqar nöqtələri: şimal-şərqdə — Corc burnu, şərqdə — Kanso burnu, cənubda — Bakarro.
Geologiya Yarımada qneys, qranit və qumlarla örtülüdür. Əsas faydalı qazıntıları: Daş kömür, Daş duz, gipsEncyclopedia Canadiana, Grolier of Canada Limited, Toronto Ottawa Montreal, 1967, Volume 7, p.393. Şelf ərazisində neft və qaz çıxarılır.
İqlimi İqlimi yumşaqdır. İl ərzində 1200 mm yağıntı düşür. İynəyarpaqlı və enliyarpaqlı meşələrə sahibdir.
Qorunması Yarımada ərazisində Kecimkucik Milli parkı yerləşir. Üstəlik vilayət əhəmiyyətli Keyp-Çiqnekto, Arisaiq (), Beyfild-Biç (), Biver-Mauntin (), Pomket-Biç (), Keyp-Şiqnekto parkları. Təbiət qoruqları: Тоbеаtik, Makqill-Leyk, Klod-Leyk.
İstinadlar
Kateqoriya:Kanada yarımadaları