Rauf Məmmədov () — Azərbaycan şahmatçısı, qrosmeyster (2004), 6 qat Azərbaycan Şahmat Çempionatının qalibi
Həyatı Şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildə qrosmeyster olub.
O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə Milli Komandaların Avropa çempionatında qızıl medal, daha öncə 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə oynamışdır.
2009-cu ildə Rauf Texas ştatının Lubbock şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuri Kuzubov və Dmitri Andreykinlə 1–3-cü yerləri bölüşdürmüşdür.
2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olmuşdur.
2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibi olmuşdur.
Üç qat Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur (2004, 2006, 2008, 2015).
Rauf 2015 və 2016-cı ildə keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin iştirakçısı olmuşdur.
2025-ci il Şahmat üzrə Azərbaycan çempionatında kişilər arasında Rauf Məmmədov Şəhriyar Məmmədyarovu qabaqlayaraq karyerasında 6-cı dəfə çempion olub.
FIDE şahmatçıların may üçün dünya reytinqini əsasən Rauf Məmmədov 2657 xalla 69-cu pillədədir
Qalereya
İstinadlar
Xarici keçidlər
FIDE Chess Profile Rauf Mamedov. Chess-DB.com Rauf Mamedov. Chessgames.com Rauf Mamedov. 365Chess.com Mamedov, Rauf. OlimpBase.org
Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları