Pantanal () — tektonik düzənlikdə yerləşən bataqlıqlaşmış ərazi. İnzibati cəhətdən böyük hissəsi Braziliya, az bir qismi Paraqvay və Boliviya ərazisində yerləşir. Paraqvay çayı hövzəsinə daxildir. Bataqlıq 150—195 min. km² arası sahəyə malikdir. Bu göstəriciyə görə dünyanın ən böyük bataqlaşmış ərazisindən biridir.Susan Mcgrath, photos by Joel Sartore, Brazil's Wild Wet, National Geographic Magazine, August 2005
Geologiya, coğrafiya, ekologiya Bataqlıq 50−70 m dəniz səviyyəsindən yuxarıda yerləşir. Şərqdən və cənub-şərqdən Braziliya yaylası ilə əhatələnmişdir. Canlılar aləmi ilə zəngindir: burads 3500 növ bitki, 650 növ quş, 230 növ balıq, 80 növ məməli, 50 növ sürünən yaşayır. Üstəlik onuda qeyd etmək lazımdlr ki, bölgə 20 milyon Timsahın evidir. Pantanalda mühüm əhəmiyyətli qoruqlar vardır. Buna misal Panatal Milli Parkıdır. Bu obyekt UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Pantanalda əsas şəhər Korumbadır. Buradam San-Paulu şəhəri istiqamətində dəmir yolu keçir.
İstinadlar
Mənbə Pantanal Nature
Kateqoriya:Braziliya bataqlıqları Kateqoriya:Boliviya coğrafiyası Kateqoriya:Paraqvay coğrafiyası Kateqoriya:Matu-Qrosu-du-Sul coğrafiyası Kateqoriya:Matu-Qrosu coğrafiyası Kateqoriya:Braziliyadakı ümumdünya irsi