Falerli Demetrius (yun. Δημήτριος Φαληρεύς, lat. Demetrios Phalereus, m. ö. 350 – 283) qədim yunan filosofu, peripatetik məktəbin nümayəndəsi, Teofrastusun tələbəsi.

Fəaliyyəti Demetrius həm də siyasi xadim kimi tanınmış, bir zaman Afina hökmdarı olmuşdurСтрабон. География в 17 книгах / Перевод Г. А. Стратановского. Л.: Издательство Академии наук СССР, 1950, s. 378.. Ancaq sonra o, təqiblərə məruz qalmış və Misirə qaçmalı olmuşdur. Demetrius tarix, siyasət, bəlağət və başqa sahələrdə çoxlu əsər yazmışdırDiogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 210–211., ancaq onların çoxu zamanımıza gəlib çatmamışdır.

Onun bəzi əxlaqa aid fikirlərini Diogenes Laertius qələmə almışdır. O deyirdi ki, gənclər evdə öz ata-anasının, küçədə yoldan keçənlərin, təklikdə isə özlərinin qarşısında abırlarını saxlamalıdırlarDiogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 212..

Misir hökmdarı I Ptolemeusun dövründə Demetrius İskəndəriyyədə elmi-mədəni mərkəz olan "Museyonun" və orada yerləşən məşhur kitabxananın yaradılması təşəbbüsü ilə çıxış etmişdirGeorgius Sinkellus. Ecloga chronographica. Press, 2002, p. 518.. Eyni zamanda o, yəhudilərin müqəddəs kitabı olan Əhdi-Ətiqin yunan dilinə çevrilməsinin təşəbbüskarı idi. Bu tərcümə "Septuaginta" adlanmışdır. Bundan sonra yunan düşüncəsinə yəhudiliyin birbaşa təsiri dövrü başlamışdır. Bu proses sonralar Avropada xristianlığın yayılması ilə nəticələnmişdir.

Mənbə

Ədəbiyyat Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 154–155. Bagnall, Roger S. (December 2002). "Alexandria: Library of Dreams" (PDF). Proceedings of the American Philosophical Society. 146 (4): 348–362. Dorandi, Tiziano (1999). "Chapter 2: Chronology". In Algra, Keimpe; et al. The Cambridge History of Hellenistic Philosophy. Cambridge: Cambridge University Press. pp. 49–50. ISBN 9780521250283. Scott, Kenneth (1928). "The Deification of Demetrius Poliorcetes: Part I". The American Journal of Philology. 49 (2): 137–166.

Həmçinin bax Peripatetiklər

İstinadlar Kateqoriya:E.ə. 350-ci ildə doğulanlar Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Yunanıstan filosofları Kateqoriya:E.ə. 283-cü ildə vəfat edənlər Kateqoriya:Peripatetiklər