() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Əsasən Çin, Vyetnam, Yaponiya və Şimali Amerikada yayılmışdır.

Botaniki xarakteristikası Həmişəyaşıl, hündürlüyü 20–25 m-ə qədər olan, zoğlarının ucları sallaq ağacdır. Qabığı qonur, hamardır. Enli çətiri sıx deyil. Gövdənin rəngi qəhvəyi-qara və hamardır. Budaqları möhkəm, sallaqdır. Qısa budaqları qalındır. Yarpaqları qarşı-qarşıya yerləşir, göyümtül-mavidən boz-yaşıl rəngədək olur. Çiçəkləri birevlidir. Erkək çiçəkləri yumurtavarı-uzunsov, çox vaxt sarıdır. Dişi çiçəkləri yan budaqlarda qarşı-qarşıya yerləşir, təxminən yumru, 6-8 (bəzən 4 və ya 10-12) ədəddir, qabıqlıdır. Qozaları yumrudur, eni 8-12 sm, tünd qonur rəngli, qısa saplaqlarda yerləşir. Toxum qabıqları qalxanşəkilli, üçbucaq və ya yumrudur, kənarları bir-birinin üzərinə çıxır, yetişdikdə partlayır. Toxumları 2, bəzən 5 ədəd, ikiqanaqlı, ellipsvarı və ya yumrudur. Oduncağı yüngül, yumşaq, möhkəm, sarı və ya çəhrayı rəngli, xoşətirli olduğundan mebel və xırda bəzək əşyalarının hazırlanmasında istifadə edilir. Oduncaqdan axan qatrandan xoş ətirli balzam hazırlanır. Bu bitki buddist kilsələri ətrafında çox əkilir.

Azərbaycanda yayılması Azərbaycanda bəzi hallarda dekorativ məqsədlə və kolleksiya sahələrində becərilir. Toxum, qələm, calaq və kök pöhrələri ilə çoxaldılır. Quraqlığa davamlıdır, tez böyüyür, 200 ilə qədər yaşayır. Mərdəkan Dendrarisində introduksiya edilmişdir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Çin ağacları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya florası Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Vyetnam florası