() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Vətəni Şimali Amerika nın qərb hissəsidir, başlıca olaraq okeanın sahilboyu zolağında, aran yerlərdə, kifayət qədər nəm torpaqlarda yayılmışdır. Yan budaqlar qısa, küt, vəziciksizdir. əlverişli şəraitdə hündürlüyü 40–70 m-ə və diametri 120-240 sm-ə sıx ensiz-piramida formalı çətiri olan ağacdır. Qabığı qırmızı-qəhvəyi rəngdə olub, üzərində çatlar vardır. Şaxələrinin üst tərəfi parlaq tünd-yaşıldır. İynəyarpaqları xaçşəkilli və ya yumurtaşəkillidir, ucu biz, vəziciklidir, üzərində ağımtıl zolaqları vardır. Rəngli formaları kompozisiyalar düzəltmək üçün yararlıdır. Qozaları dərivarı, uzunsov-oval olub, uzunluğu 10-12 sm-dir. Azərbaycan da qışı yaxşı keçirir; küləyə, kölgəyədavamlı, quraqlığa həssasdır. Torpağa az tələbkardır, lakin kifayət qədər rütubətli torpaqlarda daha yaxşı bitir. Toxumla asan, qələmlə çətin çoxalır. Azərbaycada Gəncədə, Naxçıvanda, Astarada, Abşeronda yaşıllaşdırılmada rast gəlinir. 500 ilə qədər yaşayır. Mədəni şəraitdə 1853-cü ildən becərilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1824-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Tikinti materialları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Kaliforniya florası