() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Avstraliyadır.

Botaniki xarakteristikası Hündürlüyü 12 m-ə çatır. Palmanın gövdəsi dairə formasında yarpaq yarıqları ilə örtülmüşdür. Bünövrəsində gövdəsi enlidir. Yarpaqları lələkvari, qövsvari əyilmişdir. Gövdə ətrafında düzülən yarpaq yarıqları gövdənin düz olmasını göstərir. Alt tərəfdən xırda nöqtələrlə örtülmüş, lələkvari, tünd-yaşıl yarpaqları uzun seqmentli olub, uzunluğu 25-60 sm-dir, horizantal yerləşir, bir az sallaqdır. Bircinsli çiçəkləri çiçək qruplarında üç ədəd (iki erkək və bir dişi) yığılmışdır. Meyvələri finik palmasının meyvələrinə bənzəyir. Toxumlar və kök zolağları ilə çoxaldılır.

Ekologiyası Soyuğu və küləyi sevmir. Quraqlığa davamlıdır. Düz günəş şüalarından orta dərəcədə qorunmalıdır. Havanı oksigenlə, ozonla, aeroionlarla zəzənginləşdirir, nəmişliyi artırır və ekoloji şəraiti yaxşılaşdırır.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində 2009-cu ildən introduksiya olunub. Bəzi rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Alleyalarda dekorativ görünür. Tək və qrup əkinləri üçün faydalıdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1877-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Avstraliya florası Kateqoriya:Həssas növlər Kateqoriya:Otaq bitkiləri Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları