Pitkern adaları dolları () — Britaniyanın xarici əraziləri hesab edilən Pitkern adaları, Henderson, Dyusi və Oeno adalarının pul vahididir. Valyuta yalnız kolleksiya sikkələri şəklində buraxılır.
1967-ci ildən əsas valyuta kimi müraciətində (sərf edilməsində) Yeni Zelandiya dolları istifadə olunur.
23 iyun 1988-ci ildən qanunla qəbul edilmişdir ki, əsginaslar, Yeni Zelandiyanın sikkələri və Pitkern adaalrı sikkələri adalarda ödənişin qanuni vasitəsidir. Şəxsi sikkələrin buraxılışı həmin ildən başlanmışdır. Əvvəlcə sikkələr 1 dollar və ondan yuxarı nominalla buraxılırdı, 2009-cu ildən isə həmçinin sentlərlə də sikkələr buraxılmağa başladı.
Mis-nikel ərintisindən hazırlanan metallardan 5, 10, 20, 50 sent nominallı sikkələr kəsilir. Bundan əlavə 1, 2, 5, 10, 25, 50, 250 nominallı dollarlar da buraxılır..
Ədəbiyyat
Krause, Chester L. and Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed. ed.). Krause Publications. ISBN 0-87341-150-1.
İstinadlar
Xarici keçidlər Монеты на сайте Правительства Питкэрна Laws of Pitcairn, Henderson, Ducie and Oeno Islands (Revised Edition 2001): Chapter XXV. An Ordinance Relating to Currency. 23rd June, 1988
Kateqoriya:Dollar Kateqoriya:Okeaniya valyutaları Kateqoriya:Pitkern adaları