Vədə () — Terri Corcun rejissorluğu ilə çəkilmiş, əsas rollarını Kristian Beyl və Oskar Ayzekin oynadığı, erməni soyqırımından bəhs edən, təqdim edilməsi gözlənilən tarixi dram filmi.
Məzmunu
Maykl (Oskar Ayzek) Osmanlı imperiyasının şərqində, Ermənistan ərazisində, kiçik erməni kəndində yaşayır və bu kənddən olan zəngin qıza 400 qızıl sikkə başlıq pulu vəd edir. Vədini yerinə yetirmək üçün o, həmin dövrdə ermənilər arasında tarixi adı ilə Konstantinopol kimi tanınan böyük şəhərə üz tutur. Şəhərdə tibb təhsili alan Maykl nüfuzlu generalın oğlu ilə dostlaşır. "Associated Press" müxbiri olan Kristofer (Kristian Beyl) Konstantinopola gələrkən özü ilə Parisdə böyümüş erməni mənşəli xanım Ananı da bu şəhərə gətirir. Maykl Konstantinopolda Ana ilə görüşür və ona aşiq olur. Osmanlı imperiyasında ermənilərin köçürülməsinə başlanılır. Mayklın bu işlərdən uzaqlaşmaq şansı olsa da, o tələbə yoldaşına kömək etmək üçün müharibəyə gedir. Lakin, zəngin dayısını müdafiə etdiyinə görə sonradan həbsə salınır. Həbs düşərgəsindən qaçan Maykl, illər əvvəl tərk etdiyi kəndlərinə geri qayıdır.
Maykl həyat yoldaşı ilə birlikdə dağlı ərazidə daxmada sığınacaq tapır və tezliklə qadın hamilə qalır. Lakin, ağır hamiləlik keçirdiyinə görə qadın kəndə qayıtmalı olur. Maykl eşidir ki, Ana və Kristofer (AP müxbiri) yaxınlıqdakı kənddə sığınacaq tapıblar, buna görə də ailəsinə kömək etmək üçün ora gedir. Kəndə gəldiyi zaman görür ki, Osmanlı ordusu onun ailəsi də daxil olmaqla kənddəki bütün ailələri məhv edib. Maykl yalnız anasını xilas edə bilir. Ana və Maykl böyük qaçqınlar dəstəsi ilə birlikdə dağlarda Osmanlı ordusuna qarşı döyüşürlər və mübarizəni Fransız Hərbi Birləşmələri onları xilas etmək üçün gələnə kimi davam etdirirlər. Maykl, Kristofer və Ana qaçqınlara fransız gəmiləri ilə xilas olmaqda xilas edirlər. Ana Maykla onu sevdiyini desə də qayıqda bataraq həlak olur. Maykl xilas olaraq bəzi qaçqınlarla birlikdə Amerikada məskunlaşır. Sonradan qeyd edilir ki, Kristofer İspaniya Vətəndaş Müharibəsinin işıqlandırılması zamanı həlak olur. Bu hadisənin baş verməsinə kimi isə Maykl və digr qaçqınlara ABŞ vizası almağa kömək edir.
Rollarda Oskar Ayzek — Maykl, tibb tələbəsi Şarlotta Le Bon — Ana Kristian Beyl — Kris, amerikan jurnalist Daniel Ximenez-Çaço Şöhrə Ağdaşlı Rade Şərbətziya Jan Reno — Fransız admiralı Jan Klod Rikeburq — Fransız kapitanı Osman Soykut — Məzhər qubernatorunun köməkçisi Ceyms Kromvel — ABŞ-nin Osmanlıdakı səfiri Maylı Stal-Devid — Bred
İstehsal Filmin çəkilişlərinə 2015-ci ilin payızında Portuqaliya və Kanar adalarında başlanılmış, dekabra kimi çəkilişlərin tamamlanması planlaşdırılmışdır. 2016-cı ilin may və iyun aylarında Nyu-Yorkda yenidən çəkilişlər aparılmış və iyun ayında başa çatdırılmışdır.
Çıxarılması
Filmin premyerası 11 sentyabr 2016-cı ildə Toronto Beynəlxalq Film festivalında baş tutmuşdur.
Tənqidçilərin mövqeyi
"Rotten Tomatoes" rəy aqqreqatorunda 7 tənqidçinin rəyinə əsasən film, 43% müsbət göstərici ilə 5.1/10 bala layiq görülmüşdür. "Metacritic"də 6 tənqidçinin "qarışıq və ya müsbət" kimi qiymətləndirilən rəyləri əsasında film 100 ballıq sistemlə 40 balla qiymətləndirilmişdir.
"Türkiye" qəzetində nəşr edilmiş məqaləsində Əli Hacızadə filmi "erməni lobbisinin tarix və tarixi faktlar üzərində qlobal miqyaslı manipulyasiya"sının bir hissəsi kimi dəyərləndirir.
İstinadlar
Həmçinin bax
Osmanlı zabiti (film, 2016)
Xarici keçidlər
Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:Erməni soyqırımı Kateqoriya:İstanbul haqqında filmlər Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin macəra dram filmləri Kateqoriya:1910-cu illər haqqında filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:İngilis dilində macəra dram filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:ABŞ-nin tarixi dram filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Open Road Films filmləri Kateqoriya:İspaniyada çəkilən filmlər