Alessandra Aguilar (1 iyul 1978, Lugo, İspaniya) — İspaniyalı marafonçu. Alessandra Aguilar İspaniyanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası left|thumb|181x181px|A. Aguilar London Olimpiadasında Alessandra Aguilar birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 39 dəqiqə 29 saniyəyə qət edərək 82 marafonçu sırasında 54-cü yeri tutdu.

Alessandra Aguilar özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Alessandra Aguilar məsafəni 2 saat 29 dəqiqə 19 saniyəyə qət edərək 26-cı yeri tutdu.

Alessandra Aguilar növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da, məsafəni sona qədər qət edə bilmədi.

Mənbələr İstinadlar

Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:Yüngül atletikada dopinq halları