Səbinə Xanlar qızı Abdullayeva - Azərbaycanı 57 kq çəki dərəcəsində təmsil edən, B2 kateqoriyalı paralimpiyaçı cüdoçu. Beynəlxalq Görmə əlilləri İdman Federasiyası () tərəfindən 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan cüdo üzrə Dünya Çempionatında 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. BGİF tərəfindən təşkil olunan 2013-cü ildə Macarıstanın Eger şəhərində və 2015-ci ildə Portuqaliyanın Odivelaş şəhərində keçirilən Cüdo üzrə Avropa Çempionatlarının ikisində də 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. Bundan əlavə 2015-ci ildə paytaxtımızda təşkil olunan İlk Avropa Oyunlarında da 57 kq çəkidə gümüş mükafatçı olmuşdur. İlk Avropa Oyunlarındakı böyük nailiyyəti və Azərbaycanda idmanın inkişafına verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci ildə imzaladığı sərəncamına əsasən "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı cüdonun 57 kq çəki dərəcəsində təmsil edib 7-ci yeri tutmuşdur.

Kateqoriya:2015 Avropa Oyunlarında gümüş medal qazananlar Kateqoriya:2015 Avropa Oyunlarında cüdoçular Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycanın qadın cüdoçuları Kateqoriya:Cüdo üzrə Avropa Oyunları medalçıları Kateqoriya:Avropa Oyunlarının gümüş medalına sahib Azərbaycan idmançıları