— 2016-cı il istehsalı elmi fantastika və döyüş anime filmi. HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılmış "Accel World" ranobe seriyasına əsaslanır.

İstehsal 4 oktyabr 2015-ci ildə keçirilmiş Payız festivalında Dengeki Bunko ranobe seriyası əsasında Reki Kavahara tərəfindən yazılmış orijinal ssenari ilə "Accel World: Infinite Burst" adlı anime filminin çəkiləcəyini və anime filminin istehsalçı heyəti ilə seyyularının anime serialınında olduğu kimi olacağını açıqlamışdır. 2016-cı ilin fevralında "Dengeki Bunko Magazine" jurnalının 48-ci cildində filmin Yaponiya premyerasının 23 iyul 2016-cı ildə baş tutacağı anons edilmişdir. Filmin açılış mahnısı KOTOKO × ALTIMA tərəfindən ifa olunan "Plasmic Fire" mahnısıdır.

Media

Film Anime filmi Sunrise studiyası tərəfindən istehsal olunmuşdur. Rejissoru Masakazu Obara, ssenaristi Reki Kavahara, personaj dizayneri və animasiya rejissoru Yukiko Aykey, ekşn rejissoru Yosuke Kabaşimadır. Filmin Yaponiyada premyerası 23 iyul 2016-cı ildə baş tutmuşdur.

Ranobe Filminin premyerasının ilk həftəsində filmi izləməyə gələnlərə Kavahara tərəfindən yazılmış adlı ranobe hədiyyə edilmişdir.

Qəbul Film açılış həftəsində gəlir baxımından Yaponiyada 9-cu yeri tutmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2016-cı ilin anime filmləri Kateqoriya:2016-cı ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2010-cu illərin elmi fantastika filmləri Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Kiberpank anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Yaponca filmlər Kateqoriya:Sunrise (şirkət) Kateqoriya:Dengeki Bunko Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan filmlər Kateqoriya:Uydurmada MMORPG-lar Kateqoriya:Uydurmada virtual reallıq