“Suicide Squad: The Album” - eyni adlı filmin musiqi albomudur. Albom 5 avqust 2016-cı ildə Atlantic Records və Warner Bros. Records tərəfindən çıxarılmışdır. Stiven Prays tərəfindən yazılmış instrumental film musiqilərinin toplandığı Suicide Squad (Original Motion Picture Score) adlı albom isə WaterTower Music tərəfindən 8 avqust 2016-cı ildə çıxarılmışdır. Albomun dijital versiyasında səkkiz bonus trek də yer almışdır. Gəlir göstəriciləri
ABŞ-da 182,000 nüsxə satışla albom Billboard 200 hit-paradında birinci yerdə debüt etmişdir. 128,000 satış göstəricisi ilə albom həftənin ən yaxşı satılan albomu olmuşdur.
500.000 nüsxə ilə satışa görə İntiharçılar dəstəsi musiqi albomu qızıl sertifikat almışdır.
Suicide Squad: The Album Kompozisiya siyahısı
Əlavə musiqi
Filmdə istifadə olunmuş bəzi mahnılar, filmin musiqi albomuna daxil olmamışdır. Həmin mahnıların siyahısı aşağıdadır: The Animals – "The House of the Rising Sun" Lesli Qor – "You Don't Own Me" Rolling Stones – "Sympathy for the Devil" Rik Ceyms – "Super Freak" AC/DC – "Dirty Deeds Done Dirt Cheap" Kanye Vest – "Black Skinhead" Rae Sremmurd ft. Bobo Svae – "Over Here" Black Sabbath – "Paranoid" The White Stripes – "Seven Nation Army" Norman Qrinbaum – "Spirit in the Sky" K7 – "Come Baby Come" Etta Ceyms – "I'd Rather Go Blind" Henrik Qoretski – "Simfoniya No. 3" Queen – "Bohemian Rhapsody" The Sweet – "The Ballroom Blitz" (yalnız treylerdə) DJ Hidrro – "What Is Your Problem?" (təbliğat loqosunda) (filmdə istifadə edilmir)
Hit-parad göstəriciləri Hit-parad(2016) Yüksəldiyi yer French Albums (SNEP) 9 Italian Compilation Albums (FIMI) 4 Mexican Albums (AMPROFON) 8Russian Albums Chart1
Sertifikatlar
Suicide Squad (Original Motion Picture Score)
Kompozisiya siyahısı
İstinadlar
Xarici keçidlər Rəsmi sayt (film musiqisi) Rəsmi sayt (instrumental film musiqisi)
Kateqoriya:İntiharçılar dəstəsi Kateqoriya:2016-cı ilin saundtrekləri Kateqoriya:Film musiqiləri