Şahzadə Leya Orqana (), sonradan General Leya Orqana () kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yadplanetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər. "Gücün oyanışı" (2015) epizodunda məlum olur ki, Leya Birinci Ordenə qarşı mübarizə aparan general və üsyançıdır, onların Han Solo ilə birgə Kaylo Ren adlı oğulları var.

Orijinal Ulduz müharibələri genişləndirilmiş kainatına (1977–2014) daxil olan roman, komiks və video oyunlarda Leya, Han və Lyuk ilə birgə "Cedayın qayıdışı" epizodundan sonra macəralarını davam etdirir, imperiya ordusuna və qalaktikadakı digər düşmənlərə qarşı mübarizə aparır. O, Yeni Respublikanın dövlət başçısı, Ustad Ceday və Han Solodan olan üç uşağın – Ceyna, Ceysen və Anakin Soloların anası olur.

Ulduz müharibələri kainatının ən məşhur personajlarından biri olan Leya 1980-ci illərin feminist ikonası və digər macəra filmlərinin qəhrəmanları üçün model rolunu oynamışdır. Leya personajı bir çox bədii əsərlərin və kommersiya məhsullarının qəhrəmanı olmuş, müxtəlif televiziya şouları və filmlərdə parodiya edilmişdir. Onun "Ulduz müharibələri" (1977) filmindən olan fəsəli rulonu saç düzümü və "Cedayın qayıdışı" filmindən olan metal bikinisi mədəni ikonaya çevirilmişdir.

Yaradılması və aktyor seçimi Leya personajı Ulduz müharibələri kainatının yaradıcısı Corc Lukas tərəfindən yaradılmışdır. 1999-cu ildə Lukas Leya, Lyuk və Obi-Van Kenobi personajlarının yaradılmasından bəhs edərək demişdir:

Film tarixçisi Loren Buzero 1997-ci ildə nəşr edilmiş "Ulduz müharibələri: Qısaldılmış ssenarilər" () adlı kitabında qeyd edir ki, Ulduz müharibələri ssenarisinin qaralama əlyazmasında Leya Kraliça Akilalı Breha və Kral Kayosun Biqqs və Uindi adlı qaraşları olan kiçik qızıdır; Biqqs dördüncü qaralama əlyazmasında Lyukun uşaqlıq dostu kimi yenidən ssenariyə qaytarılır. "Skayuolkinq: Corc Lukasın həyat və yaradıcılığı" (1999) () sənədli filmində qeyd edilir ki, "Lyuk Skayuolker əvvəlcə Lyuk Skaykiller adlandırılmış, Leya isə Ouen Lars və Berunun qızı, Lyukun isə xalaqızısı olmuşdur. Onlar birlikdə Ölüm ulduzu tərəfindən məhv edilmiş planetdə həlak olmuş onun anasının məzarını ziyarət edirlər." "Ulduz müharibələrinin çəkilməsi: Orijinal filmin arxasında dayanan təkrarolunmaz hekayə" (2007) () sənədli filmində J. V. Raynzler qeyd edir ki, sonrakı hekayədə Leya Böyük Orqanadan olan Beyl Antillesin qızı "Leya Antilles" kimi qeyd edilir. Ssenarinin dördüncü variantında "Leya Orqana"nın Alderaan planetindən olması müəyyən edilmişdir.

Şahzadə Leya obrazı üçün aktrisa seçimində iştirak edərkən Fişer 19 yaşında idi. Ondan başqa seçimlərə Emi Ayrvinq, Sindi Vilyams və Codi Foster iştirak etmişdilər. 2014-cü ildə "InkTank"ın verdiyi məlumata görə rol üçün aktrisa seçimlərində iki düjindən çox aktrisa iştirak etmişdir ki, onların da arasında Qlenn Klouz, Farra Fouset, Cessika Lanc, Sissi Speysk, Siqurni Uiver, Sibill Şeperd, Ceyn Seymur, Ancelika Haston, Kim Besincer, Ketlin Törner, Cina Devis və Meril Strip də olmuşdur. 2015-ci ildə Fişerdən Strip haqqında soruşduqda o demişdir ki, "Yalandır! Mən bu haqqda heç nə eşitməmişəm, lakin Codi Foster var idi…mən daha çoxunu bilirdim. Emi Ayrvinq və Cudi. Və rolu mən qazandım."

"Cedayın qayıdışı" filminin ssenarisinin ikinci qaralamasındakı dialoqlardan birində Obi-Van Lyuka deyir ki, onun əkiz bacısı var. Bacısı və anası "uzaq sistemlərdən birində dostların himayəsi altında olublar. Bir müddət sonra anası vəfat edib, Lyukun bacısını isə Benin dostları, Alderan qubernatoru və onun həyat yoldaşı övladlığa götürüblər." 1983-cü ildə Fişer deyir ki, "Leyanın real atası hamilə olduğu zaman onun anasını tərk edir, buna görə də anası Kral Orqana ilə evlənir. Mən şahzadə olduğuma görə başqa insanlardan uzaqlaşdırılmış, övladlığa götürülmüş və böyüdülmüşdüm."

Bəstəkar Con Vilyamsın Şahzadə Leya üçün işlədiyi musiqi leytmotivi Ulduz müharibələri saqası boyunca istifadə edilmişdir. "Princess Leia's Theme" adlandırılan musiqi konsert süitası (4:18 dəq) 1977-ci ildə çıxarılmış instrumental musiqi albomu üçün lentə alınmışdır.

Personaj "Entertainment Weekly"dən Entoni Breznikan Leya personajını "diplomat, cəsus, döyüşçü gizli agent" kimi təsvir edir. "The Huffington Post"dan Mark Edlitz onu "ağıllı, küsəyən, mərd diplomat v döyüşçü" adlandırır. 1983-cü ildə "Rolling Stone" jurnalına verdiyi müsahibədə Fişer qeyd edir:

2014-cü ildə Fişer qeyd edir ki,

Görünməsi

Bədii filmlərdə

Ulduz müharibələri 1977-ci ildə çıxarılmış "Ulduz müharibələri" filmində Alderaan şahzadəsi Leya Orqana İmperiya Senatının üzvüdür. O, Qiyamçılar Alyansının casusu kimi girdiyi "Tantive IV" kosmik gəmisində Dart Vayder tərəfindən ələ keçirilir. Leya İmperiyanın planet ölçülü silahı Ölüm ulduzunun planını R2-D2 droidində gizlədərək, onu Ceday ustadı Obi-Van Kenobini tapması üçün yaxınlıqdakı Tatuin planetinə göndərir. Vayder Leyanı həbs edərək əziyyət versə də, o, qiyamçıların heç bir sirrini açmır. Ölüm ulduzunun komandiri Qrand Moff Tarkin Leyanı, Qiyamçıların bazasının yerləşdiyi məkan haqqına məlumat verməyəcəyi təqdirdə Ölüm ulduzundan atəş açaraq Alderaanı məhv etməklə hədələyir. Leya, köhnə tərkedilmiş bazanın koordinantlarını versə də, Tarkin Alderaanın məhv edilməsi göstərişini verir. Leya Obi-Van, Lyuk Skayuolker, Han Solo, Vuki, Çubakka və iki droid – R2-D2 və C-3PO tərəfindən xilas edilir, onlar Hanın "Millenium Falkon" gəmisində qaçırlar. Ölüm ulduzunun planınıtədqiq edən qiyamçılar onun strukturunda kiçik zəif nöqtə tapırlar və Lyuk "X-wing" döyüş gəmisi ilə həmin zəif nöqtədən istifadə edərək Ölüm ulduzunu məhv edir. Döyüşdə qalib gəlinməsindən sonra, Leya və onun yoldaşlarına qiyamçıların Yavin 4 planetindəki bazasında medallar təqdim edilir.

"The Washington Post"dan Alissa Rozenberq "Ulduz müharibələri" filmində Leya obrazı haqqında yazır:

Rozenberq həm də qeyd edir ki, baxmayaraq ki, ilk baxışdan Leya Hanı cəlb edir, onlar öz aralarında da mübarizəyə başlayırlar və hətta eya komandaya rəhbərlik etməyə layiq olmasını sübut etdikdə də Han mübarizədən əl çəkmir. Baxmayaraq ki, kontrabanda ilə məşğul olmasına görə Leya Hanı eqoist kimi qəbul edir, Üsyançılara qoşulmaq üçün geri qayıtdıqda Leya ona deyir ki, "Mən bilirdim ki, sənin üçün puldan daha dəyərliyəm."

1980-ci ildə Fişer "Rolling Stone" jurnalına verdiyi müsahibədə qeyd edir ki, orijinal ssenari əlyazmasında Lyuk və Han əsir edilmiş Leyanı xilas etmək üçün gəldikdə "mən başı aşağı asılmışdım və "Ekzorsist" filmindəki kimi gözlərim sarı idi…Mənə qarşı bəzi şüa işgəncələri tətbiq edildiyinə görə halsız idim, bədənimdə göyərmələr var idi və göydən asılı vəziyyətdə saxlanırdım. Bu səhnənin kəsilməsinin səbəbi isə odur ki, həmin səhnədə mən huşsuz idim və bu göstərilsə, növbəti on beş dəqiqə ərzində Vuki məni çiynində daşımalı olacaqdı."

İmpeiya cavab zərbəsi endirir "İmperiya cavab zərbəsi endirir" (1980) filmində Leya Hotdakı qiyamçı bazasındadır. O, İmperiyanın hücumu zamanı evakuasiyaya rəhbərlik edir, daha sonra isə Han, Çubakka və C-3PO ilə birlikdə Hanın "Millenium Falcon" gəmisində uçur. İmperiyanın "TIE fighter" döyüş gəmiləri tərəfindən təqib edilən "Falcon"un hiperdrayvı sıradan çıxdıqda Leya bir müddət onu idarə edir və gəmi asteroidə eniş edir. İmperiyadan qaçdıqları müddətdə Han və Leya arasında romantik münasibətlər yaranır; kosmik ilbizin qarnında gizləndikləri müddətdə onlar ilk dəfə öpüşürlər. Zədələnmiş kosmik gəmisinin təmir edilməsi üçün Han Bespin planeti üzərindəki üçan Bulud şəhərdə yaşayan köhnə tanışı Lando Kalrissiana müraciət edir. Lando onları qonaqpərvərliklə qarşılasa da, qısa müddət sonra şəhərə gələn Dart Vayderə təhvil verir. Dart Vayder isə cütlüyü Lyuku ələ keçirmək üçün istifadə etmək istəyir. Hanın karbonla dondurulması zamanı Leya ona sevgisini etiraf edir, daha sonra baş ovçusu Boba Fettin dəstəsinə qoşulur ki, o da Leyaya Cabba Hattın yanına getməyə kömək edir. Lakndo Leya, Çubakka və iki droidə qaçmağa kömək edir. Leya hiss edir ki, Lyuk çətin vəziyyətdədir və onu xilas etmək üçün geri qayıdır, bu zaman isə Vayderlə işıq qılıncı duelində ölüm təhlükəsi ilə üzləşir.

Rozenberq qeyd edir:

Cedayın qayıdışı "Cedayın qayıdışı" (1983) filmində Leya Buşdan olan ovçu Ubese rolunda Cabbanın Tatuindəki sarayına daxil olaraq Çubakkanı əsir almış kimi görsənərək Hanı karbonitdən azad edir, lakin onlar sonradan təkrarən Cabba tərəfindən həbs edilirlər. Bu dəfə Cabba Leyaya metal bikini geyindirərək qul kimi əllərini zəncirləyir və öz taxtının yanına bağlayır. Lyukun gəlib Cabbanın yırtıcısı Rankoru öldürməsindən sonra, Cabba Lyuk, Han və Çubakkanı Sarlakka yem etməyə qərar verir. Gözətçi geyimində olan Lando əsirlərə kömək edir, Leya isə fürsətdən istifadə edərək zəncir ilə Cabbanı boğur. Cabbanın məkanı partladılmazdan qabaq Lyuk və Leya təhlükəsiz yerdə gizlənirlər. Daha sonra qəhrəmanlar İmperiya ilə mübarizəyə hazırlaşmaq üçün Endorun meşəli ayına gedirlər. Burada Lyuk Leyaya onun əkiz qardaşı olduğunu, Dart Vayderin isə onların atası olmasını açıqlayır. Leya qiyamçıları İmperiya piyadaları ilə döyüşə aparan Hana qoşulur və qiyamçıların hava qüvvələri ikinci Ölüm ulduzuna hücum edir. Leya yüngül zədələnir, lakin qiyamçılar evokların köməyi ilə İmperiya qüvvələrinə qalib gəlirlər.

1983-cü ildə "Rolling Stone" jurnalına verdiyi müsahibədə Fişer qeyd edir ki, "Cedayın qayıdışında [Leya] daha feminin, dəstəkçi və incədir, lakin gəlin unutmayaq ki, bu filmlər daha çox oğlanların fantaziyasını əks etdirir. Başqa sözlə onu daha feminin göstərməyin bir yolu da soyundurmaq idi." Rozenberq isə Han və Leya haqqında yazır:

Filmdə Leya qeyd edir ki, onun real anası ilə bağlı şübhəli xatirələri var və anasını "gözəl…lakin kədərli" insan kimi xatırlayır. 1997-ci ildə Buzerou Lukasdan sitat gətirir:

Sithin qisası Prikvel filmi olan "Sithin qisası"nda (2005) Klon müharibələrinin sonuna yaxın Padme Amidala Anakin Skayuolkerin əkiz uşaqlarına hamilə qalır. Anakinin şər qüvvələrin tərəfinə keçib Dart Vayderə çevrilməsindən sonra Padme Polis Massada Leya və Lyuk Skayuolkeri dünyaya gətirir və vəfat edir. Leya Senator Beyl Orqana və onun həyat yoldaşı kraliça Alderanlı Breha tərəfindən övladlığa götürülür.

"Rolling Stone"dan film tənqidçisi Piter Travers qeyd edir ki, "biz Anakinin lavada necə yanmasını və sonradan Frankenşteyn kimi necə laboratoriyada bərpa edilməsini müşahidə etdiyimiz vaxtda Lukas Padmenin doğum səhnəsini ixtisar edir və sonda yalnız onun emosional səhnələrini göstərir. Bu çox az və çox gecdir."

Gücün oyanışı 180px|thumb|right|Aktrisa Kerri Fişer 2015-ci ildə çıxarılmış "Ulduz müharibələri: Gücün oyanışı" filmində Leya obrazını canlandırmışdır.