Təranə Abbasova () — Azərbaycanı təmsil etmiş ağır atlet.

Karyerası Təranə Abbasova Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə final mərhələsində 165.0 (75.0 + 90.0) nəticə göstərmiş və Olimpiyadanı 10-cu pillədə başa vurmuşdur.

Şəxsi həyatı Birinci Qarabağ müharibəsi şəhidi Nadir Abbasovun bacısıdır.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın ağır atletləri Kateqoriya:Azərbaycanın olimpiya ağır atletləri Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:Azərbaycan olimpiya idmançıları