Cessika Augusto (8 noyabr 1981) — Portuqaliyalı marafonçu. Cessika Augusto Portuqaliyanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həm də Avropa Çempionatlarında bir gümüş və üç bürünc medal qazanıb.

Karyerası Cessika Augusto birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında 16:05.71 saniyəlik nəticə ilə 26-cı, 3000 metr məsafəyə maneəli qaçış yarışlarında 9:30.23 saniyəlik nəticə ilə 20-ci yeri tutdu.

Cessika Augusto özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Cessika Augusto marafon məsafəsini 2 saat 25 dəqiqə 11 saniyəyə qət edərək 7-ci yeri tutdu.

Cessika Augusto növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona qədər qət edə bilmədi.

İstinadlar

Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:Yüngül atletika üzrə Avropa Çempionatının medalçıları