Ford sıradağları, Antarktidada Meri Berd Torpağının şimal-qərb hissəsində Salzberq buz sahəsi və Blok körfəzinin şərqində yüksələn dağ silsiləsidir. Bir çox dağ və dağ qrupundan meydana gəlmişdir. Riçard Berdin ilk Antarktida səfəri (1928-1930) zamanı, Berd tərəfindən 5 dekabr 1929-cu ildə kəşf edilmiş və bu səfəri maliyyələşdirən Ford Motor şirkətinin sahibi Edsel Fordun adı verilmişdir. "Ford Ranges" . Geographic Names Information System. United States Geological Survey. 2005-09-30.

Coğrafiyası Buz səthinin altında gizlənmiş dağlarının əsas qisimi buzlaqlar tərəfindən yaradılan dərin çöküntü sahələriylə ayrılmış, buz səthindəki ortalama yüksəklikləri 500-1000 metr olan tək tək zirvələr olaraq sıralanan Ford sıradağları, çökəkliklər, torpaqda yüksələn kömürləşmiş magmatik qayalar və granitlərdən ibarətdir. Uzunluğu 508 km, eni 560 km olan 130 540 km2 -lik sahədə üzərində yerləşən Ford Sıradağlarının ən yüksək yeri, bəzi mənbələrə görə, dəniz səviyyəsindən 1370 metr yüksəkliyiylə Avers dağıdır. "Эдсел-Форд горы" . Большая Советская Энциклопедия. 9 Mart 2014 Digər ən yüksək nöqtə, 1235 metr yüksəkliyiylə Ekblo dağıdır. Peakbagger.com

İstinadlar

Xarici keçidlər Ford sıradağları xəritəsi

Kateqoriya:Antarktida Kateqoriya:Antarktida dağları