thumb|280px|left Yenilazarev — SSRİ daha sonradan isə Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya 18 yanvar 1961-ci ildə altıncı Sovet Antarkika ekspedisiyası zamanı işə salınmışdır. Stansiya Şirmaher vahəsinin cənub-şərqində, Kraliça Mod Torpağının sahilində yerləşir. Lazarev dənizindən 80 km. aralıda qərarlaşır. Stsnsiyadan şimalda şelf buzlağı keçir. Cənubdan isə msterik buzlağının eniş sahəsi qəralaşır. Hansı ki, artıq 50 km aralıda buzlağın qalınlığı 1000 metrdir. Eniş sahəsində, buz altında çoxlu sayda nunatoklar vardır. Bu stansiyasında meteorologiya, qlyasiologiya, okeanologiya, geofizika sahəsində araşdırmalar aparılır. thumb|250px|left|Adeli pinqvini, Yenilazarev stansiyası

Tarixi Stansiyanın inşa yerinin müəyyənləşləşdirilməsi Vladislav QerboviçəЮрий Владимиров Владислав Гербович: «...У меня много планов на будущее». Из дневников полярника // «Урал» : Журнал. — 2013. — № 1 həvalə olmunmuşdur. Stansiya 18 yanvar 1961 ildə açılmışdır. O bölgədə yerləşən Lazarev stansiyasını əvəzləmişdir. 30 aprel 1961-ci ildə altıncı Sovet Antarktika ekspedisiyasının həkimi, Leonid Roqozov Yenilazarev stansiyasında öz üzərində kor bağırsaqın iltihabı ilə əlaqədar cərrahiyyə əməliyyatı aparmışdırБундзен П. В. Основные аспекты психофизиологических исследований в Антарктиде // Антарктика. — М., 1972. — Вып. 2. — С. 201—211..

2007-ci ildə Yenilazarev stansiyası ətrafında taxtadan hamam inşa edilmişdir. Bu abidə dünyanın rekordlar kitabına Antarktidada ağacdan inşa edilən ilk hamam kimi düşmüşdür.

İqlimi Vahənin iqlimi kontinental soyuq teperatur şəaitində formalaşır. Bölgə intensiv günəş radiasiyasına məruz qalır. Bununla belə iqlimə əsas təsiri güclü küləklər təsir göstərir. Küləklər əsasən şərq və cənub-şərq istiqamətində əsir. Bunun sayəsində vahəsində külək qış və yayda havanı olduqca soyudur. Aytıq havada havanın rütubəti 30-40 % olur. Bölgənin orta illik temperaturu -11°C olur. Minimal teperatur -41 °C, maksimal temperatur +9,9 °C olur. İllik yağıntının miqdarı 300 mm-dir. Qütb gecələri 2 ay davam edir. Heyvanlar aləminə gəldikdə burada nadir quşlar yuva qurur: Qar fırtınaquşu, Vinson Kaçurkası.

Uçuş-eniş zolağı Stansiyadan 12 km cənubda, buzlaq üzərində Antarktidada olan ən uzun uçuş-eniş zolaqlarından biri yerləşirВ. Ю. Кирьянов. Аэродромная база // Антарктические зарисовки. — СПб.: ААНИИ, 2008. — (Полярная библиотека). — 500 экз.. Bu zolaq 1979-cu ildə İl-76 təyyarələrinin qəbulu üçün işa edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qütb stansiyaları Kateqoriya:Rusiya və Antarktida