Mehman Əliyev (tam adı: Mehman Yadulla oğlu Əliyev) — azərbaycanlı jurnalist, Turan İnformasiya Agentliyinin direktoru (1990 – 2025)

Həyatı Mehman Əliyev 1957-ci ilin 26 oktyabrında anadan olub. 1964–1974-cü illərdə orta təhsil alıb. 1988-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1988–1989-cu illərdə "Molodyoj Azerbaycana" qəzetində müxbir, 1989–1990-cı illərdə "Azərinform" Dövlət Agentliyində müxbir, 1990–1991-ci illərdə "Xazar" jurnalında məsul katib, 1993-cü ildə Prezident Aparatının ictimai əlaqələr sektorunun müdiri vəzifələrində çalışıb.

Hal-hazırda, 1990-cı ildə təsis etdiyi "Turan" İnformasiya Agentliyinin direktorudur.

Azərbaycan jurnalistlərinin III qurultayında Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. Hazırda Şuranın iqtisadiyyat məsələləri üzrə komissiyasına rəhbərlik edir.

27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ailəlidir, bir övladı var.

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan demokratiya aktivistləri Kateqoriya:Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər