Klet () — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. "Martyrologium Romanum" (Libreria Editrice Vaticana, 2001 ISBN 88-209-7210-7) Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. +Papalıq hakimiyyətiSələfiXələfi76–26 aprel 88LinI Klement

Papalıq dövrü Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır.

88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür. Hazırda Vatikan olaraq bilinən, o dövrün Müqəddəs Pyotr bazilikasında, əvvəlki papa Linin yanına dəfn edilmişdir. "Pope Anacletus, I — Find A Grave Memorial".

Papa Kletin anım günü 26 apreldə qeyd olunurdu. Lakin, 13 iyul 1962 və 1969-cu illər arasında, bu anım günü Katolik dua kitabları, din kitabları və Katolik ölkələrdə qüvvədən qaldırıldı.

Həmçinin bax Papaların siyahısı Lin I Klement Papa Xristianlıq

İstinadlar

Xarici keçidlər Papa Anakletus haqqında bəzi sənədlər

Kateqoriya:I əsr papaları Kateqoriya:İtalyan papalar Kateqoriya:I əsr xristian müqəddəsləri Kateqoriya:Roma şəxsləri