"Təbriz" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr.
Tarixi Kinoteatr 1970–72-ci illərdə tikilib. Əvvəlcə 1970-ci illərdən başlayaraq "Sevinc", 1990-cı illərdən sonra "Təbriz" adı ilə fəaliyyət göstərən kinoteatrın ərazisi 2000-ci ildə özəlləşdirilib. 2000-ci illərdə kinoteatrın binası baxımsız qalıb. Kinoteatrın binası çayxana, bilyard və kompüter oyunları zalları kimi fəaliyyət göstərib.
2020-ci ildə sökülərək yerində alış-veriş mərkəzi tikintisinə başlanmışdır. Alış-veriş mərkəzinin "Sevinc" adını daşıyacağı açıqlanmışdır.
İstinadlar
Kateqoriya:Bakıda dağıdılmış binalar və tikililər Kateqoriya:Bakı kinoteatrları Kateqoriya:Keçmiş kinoteatrlar