Jao Jinqnan (d. 7 mart 1995) — Çini təmsil edən bədii gimnast. Jao Jinqnan, 2016-cı ildə Çini XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.

Karyerası Jao Jinqnan, 2016-cı ildə Çin bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Bao Yuqinq, Şu Siyao, Yanq Ye və Janq Linq ilə birgə təsnifat mərhələsində 32.133 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.

İstinadlar

Kateqoriya:Çinin bədii gimnastları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Çinin olimpiya gimnastları