Anastasiya Voznyak () — Ukraynanı təmsil edən bədii gimnast. Anastasiya Voznyak 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Voznyak həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal qazanıb.
Karyerası Anastasiya Voznyak 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Yevgeniya Qomon, Oleksandra Qridasova və Valeriya Qudim ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2019 Avropa Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa çempionları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Ukraynanın olimpiya gimnastları