Məmməd Bəşirov (Dəmirçioğlu) — Görkəmli rəssam, şair, heykəltaraş, memar, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Həyatı Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirmişdir. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsinə daxil olmuşdur. Oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Dəmirçioğlu adını ona Ağamalı Sadiq Əfəndi vermişdir. Vaxtilə babaları dəmirçi olmuşlar və yaxşı sənətkar kimi İncə dərəsində, bütün mahalda məşhur idilər. İncə dərəsi elində "Məmməd əmi" və ya "Mamed" təxəllüsləri ilə də tanınmışdır.. kulis.lent.az/Səbuhi Məmmədli/Tanrının şair, rəssam, heykəltaraş, memar “dostu”

2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.. lent.az/Şair Məmməd Dəmirçioğlu vəfat edib

Onun 3 qız və 1 oğlu var.

Bəşirova Daşqın

Bəşirova Şəlalə

Başirova Leyla

Bəşirova Ülkər

Fəaliyyəti 1983-cü ildən 1990-cı ilə qədər Özbəkistanın Nəməngan, Əndican, Səmərqənd və digər şəhərlərində monumentalçı rəssam kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə vətənə qayıtdıqdan sonra Bakı şəhərində fəaliyyət göstərmişdir.

Şer yazmağa 18-19 yaşlarında başlamışdır. Uzun müddət şeirlərini heç bir mətbuat orqanında dərc etdirməmişdir.

"Dəmirçioğlunu dindir" adlı ilk şeirlər toplumu 2004-cü ildə işıq üzü görmüşdür. "Eşqəm", "Səhra gülləri" və 2011-ci ildə 60-cı yaşının "Söz-söz açılan göy üzü" kitablarını nəşr etdirmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

İstinadlar

Kateqoriya:1951-ci ildə doğulanlar Kateqoriya:2015-ci ildə vəfat edənlər Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:Azərbaycanlı heykəltaraşlar Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Qazaxda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər