Kamaləddin Qafarov () — V, VI və VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı.2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı . parliament.az

Həyatı Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib.

2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib.

2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır.

Siyasi fəaliyyəti 2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının tərkibinə daxil edilib.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları