right|250px Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ().
1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur.
IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər.
IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır.
IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar.
Mənzil-qərargahı Monrealda yerləşir.
MDB ölkələrinin bir çox iri avia şirkətləri IATA-nın üzvüdür. MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi, IATA ilə 1994-cü il 5 dekabr tarixli ikitərəfli sazişə əsasən əlaqələr yaratmışdır. Azərbaycan mart 1997-ci ildən etibarən IATA-nın üzvüdür.
Tarixi IATA, 1919-cu ildə Niderlandın Haaqa şəhərində yaradılmış Beynəlxalq Hava Hərəkəti Assosiasiyasının (International Air Traffic Association) davamçısıdır. İlk əvvəllər IATA-nın işi texniki idi və sonradan o, həmin illərdə Çikaqo konvensiyasına refleksiya verilməsi və onun qəbul edilməsindən sonra beynəlxalq hökumət təşkilatı olaraq fəaliyyətə başlayan ICAO təşkilatına girişi təmin etdi. 1947-ci ildə keçirilən ilk Nəqliyyat Konfransı zamanı IATA-nın etirazsız olaraq 400 qərarı qəbul edildi. Aviasiya növbəti onilliklər boyunca sürətlə böyüdü və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (BHNA-nın) işi lazımi tərzdə genişləndi və 1978-ci ildə qiymət artımının baş verməsi səbəbilə Amerika Birləşmiş Ştatlarının dövlət nəzarətindən kənarlaşdırıldı.
IATA, böhranlar qarşısında strategik proqramların istifadəsi ilə “Aviasiya Sənayesinin Səsi” adı altında öz mövqeyini qorudu. Bütün bu faktiki təsirlərə baxmayaraq, IATA qanunverici hakimiyyət (güclər) olmadan fəaliyyət göstərən ticarət qrupudur.
Prioritetlər Təhlükəsizlik. Təhlükəsizlik IATA üçün nömrə bir prioritetdir. Təhlükəsizlik üçün əsas vasitə isə IOSA (IATA Əməliyyat Təhlükəsizliyi Auditi) və onun davamçısı böyüdülmüş IOSA-dır. IOSA bir neçə ölkədə dövlət səviyyəsində fəaliyyət göstərir. 2012-ci ildə aviasiya sahəsi özünün ən təhlükəsiz ilini elan etdi və bu ildə hər 5 milyon uçuşa 1 qəza düşürdü. 2014-cü ildə IATA özünün yeni xüsusi panelini yaratdı və bunun sayəsində o, uçuşları real vaxt ərzində izləməni təmin etdi. Lakin bu sistemə cavab olaraq isə 8 Mart 2014-cü ildə Malayziya Hava Yolları Uçuş 370 təyyarəsinin yoxa çıxması hadisəsi baş verdi. Mühafizə. Mühafizə məsələsi 2001-ci il sentyabrın 11-də baş vermiş hücumdan sonra daha da genişləndirildi və müxtəlif ölkələrin razılaşması ilə gələcəkdə sənayedə yeni “Buraxılış Məntəqəsi” anlayışının yaranmasına səbəb oldu. Bu yenilik isə risklərin qiymətləndirilməsinə və sərnişin fərqləndirməsinə (diferensiallaşmasına) əsaslanır. Biznes sadələşdirilməsi. 2004-cü ildə biznes sadələşdirilməsi anlayışı yaradılmışdır. Bu təşəbbüs sərnişin səyahəti üçün bir neçə kritik konsepsiyanı təqdim etmişdir, elektron bilet və bar daxil olmaqla minik talonunun kodlaşdırılması buna daxildir. Xidmətlər. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (BHNA) aviasiya üçün həlledici olan sahələr üzrə konsultasiya və təlim xidmətlərini təmin edir.
Səyahət Agentliyi Akkreditasiyası sadəcə səyahət mütəxəssisləri üçün uyğundur. Tam akkreditasiya (Akkreditasiya - səlahiyyətli orqan vasitəsi ilə konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınması prosedurudur) agentlərə IATA-nın üzvlüyündə olan havayollarının adından bilet satışına icazə verir.
Yük daşınması Agentliyi (Cargo Agency) də eyni proqramdır.
IATA həmçinin Hesabların Tərtibi və Tənzimlənməsi planlarını işə salır və bu hava yolları xərcini idarə edən maliyyə sistemi 300 milyard $-dır.
Və o bir neçə işgüzar intellektual nəşr və xidməti təmin edir.
Təlim, başlanğıc kursdan yüksək idarəetmə kursuna qədər bütünlüklə aviasiya aspektlərini əhatə edir.
Hazırda IATA-nın üzvləri sırasına 119 ölkədən 255 aviasiya şirkəti daxildir. IATA-nın əsas fəaliyyət istiqamətlərini uçuşların təhlükəsizliyi, normativ tələblərin, beynəlxalq rüsumların təyin olunması və treninqlərin keçirilməsi təşkil edir. Assosiasiyanın dünya üzrə 10 institutu var və bu təhsil ocaqlarında hər il minlərlə aviasiya mütəxəssisi yetişir. IOSA Uçuşların təhlükəsizliyi IATA üçün bir nömrəli prioritetdir. Uçuşların təhlükəsizliyinin təmin edilməsində əsas alət IATA Əməliyyat Təhlükəsizliyi Auditi (IATA Operational Safety Audit (IOSA) və onun sonrakı inkişaf etmiş versiyası Enhanced IOSA. Bir sıra ölkələr tərəfindən milli təhlükəsizlik tələbi olaraq IOSA yoxlaması həyata keçirilir. 2012-ci il aviasiya tarixində ən təhlükəsiz il olmuşdur. Qərb istehsalı olan təyyarələrdə aviasiya qəzalarının qlobal reytinqi 0,20 təşkil edib ki, bu da 5 milyon uçuşda 1 aviasiya qəzasına ekvivalentdir.
ISAGO Yerüstü xidmət üçün analoji İOSA standartı mövcuddur — IATA-nın yerüstü xidmətin təhlükəsizliyi üzrə auditi (IATA Safety Audit for Ground Operations).
İATAnın üzvləri Aviaşirkət İATA kodu Ölkə 1 Adria Airways JP 2 Aegean Airlines A3 3 Aer Lingus EI 4 Aero Contractors NG 5 Aero República P5 6 Аэрофлот SU 7 Aerolineas Argentinas AR 8 Aerolineas Galapagos 2К 9 AeroMexico AM 10 Afriqiyah Airways 8U 11 Aigle Azur ZI 12 Air Algerie AH 13 Air Arabia G9 14 Air Astana KC 15 Air Austral UU 16 Air Baltic BT 17 Air Botswana BP 18 Air Burkina 2J 19 Air Cairo SM 20 Air Caledonie TY 21 Air Canada AC 22 Air China 中国国际航空公司 CA 23 Air Corsica XK 24 Air Europa UX 25 Air France AF 26 Air India AI 27 Air Italy IG 28 Air Koryo JS 29 Air Macau NX 30 Air Madagascar MD 31 Air Malta KM 32 Air Mauritius MK 33 Air Moldova 9U 34 Air Namibiyaa SW 35 Air New Zealand NZ 36 Air Niugini PX 37 Air Nostrum YW 38 Air Serbia JU 39 Air Seychelles HM 40 Air Tahiti VT 41 Air Tahiti Nui TN 42 Air Transat TS 43 AirBridgeCargo RU 44 Aircalin SB 45 Airlink 4Z 46 Alaska Airlines AS 47 Alitalia AZ 48 All Nippon Airways NH 49 Allied Air 4W 50 AlMasria Universal Airlines UJ 51 American Airlines AA 52 Arik Air W3 53 Arkia Israeli Airlines Ltd IZ 54 Asiana Airlines OZ 55 Atlas Air 5Y 56 Atlas Global KK 57 Austral AU 58 Austrian Airlines OS 59 Avianca AV 60 Avianca Brasil О6 61 AZAL J2 62 Azul Brazilian Airlines AD 63 Bahamasair UP 64 Bangkok Airways PG 65 Белавиа B2 66 BH Air 8H 67 Biman Bangladesh Airlines BG 68 Binter Canarias NT 69 Blue Air 0В 70 Blue Panorama BV 71 BMI Regional BM 72 Boliviana de Aviación OB 73 Braathens Regional Aviation TF 74 British Airways BA 75 Brussels Airlines SN 76 Bulgaria Air FB 77 C.A.L. Cargo Airlines 5C 78 Camair-Co QC 79 Capital Airlines JD 80 Cargojet Airways Ltd. W8 81 Cargolux S.A. CV 82 Caribbean Airlines BW 83 Carpatair V3 84 Cathay Pacific CX 85 China Airlines CI 86 China Cargo Airlines Ltd. CK 87 China Eastern MU 88 China Postal Airlines CF 89 China Southern Airlines CZ 90 CityJet WX 91 Comair MN 92 Condor Airlines DE 93 Copa Airlines CM 94 Corendon Airlines XC 95 Corsair SS 96 Croatia Airlines OU 97 Cubana CU 98 Czech Airlines OK 99 Delta Air Lines DL 100 DHL Air Ltd. D0 101 DHL International E.C. ES* 102 Днеправиа Z6* 103 Dragonair KA 104 EgyptAir MS 105 EL AL LY 106 Emirates EK 107 Ethiopian Airlines ET 108 Etihad Airways EY 109 EuroAtlantic Airways YU 110 European Air Transport QY 111 Eurowings EW 112 EVA Air BR 113 Federal Express FX 114 Fiji Airways FJ 115 Finnair AY 116 Flybe BE 117 Flydubai FZ 118 FlyEgypt FT 119 Freebird Airlines FH 120Garuda GA 121 Georgian Airways A9 122 Germania ST 123 Gulf Air GF 124 Hahn Air HR* 125 Hainan Airlines HU 126 Hawaiian Airlines HA 127 Hi Fly 5K 128 Hong Kong Airlines HX 129 Hong Kong Express Airways UO 130 Iberia IB 131 Icelandair FI 132 Insel Air 7i 133 Interjet 4O 134 Iran Air IR 135 Iran Aseman Airlines EP 136 Israir 6H 137 Japan Airlines JL 138 Jazeera Airways J9 139 Jet Airways 9W 140 Jet Lite (India) Limited S2 141 JetBlue B6 142 Jordan Aviation R5 143 Nordavia 5N 144 Juneyao Airlines HO 145 Kenya Airways KQ 146 Kish Air Y9 147 KLM KL 148 Korean Air KE 149 Kuwait Airways KU 150 LACSA LR 151 LAM TM 152 Lan Airline LA 153 Lao Airlines QV 154 LATAM Airlines Brasil JJ 155 LATAM Argentina 4M 156 LATAM Cargo Brasil M3 157 LATAM Cargo Chile UC 158 LATAM Cargo Mexico М7 159 LATAM Colombia 4С 160 LATAM Ecuador XL 161 LATAM Paraguay PZ 162 LATAM Peru LP 163 LIAT Airlines LI 164 Loong Air GJ 165 LOT Polish Airlines LO 166 Lucky Air 8L 167 Lufthansa LH 168 Lufthansa Cargo LH 169 Lufthansa CityLine CL 170 Luxair LG 171 Mahan Air W5 172 Malaysia Airlines MH 173 Mandarin Airlines AE 174 Martinair MP 175 Mauritania Airlines International L6 176 Middle East Airlines ME 177 MIAT Mongolian Airlines OM 178 Mistral Air М4 179 Montenegro Airlines YM 180 Myanmar Airways International 8M 181 Nesma Airlines NE 182 Nextjet 2N 183 Nile Air NP 184 Nippon Cargo Airlines KZ 185 Nordwind Airlines N4 186 Nouvelair BJ 187 Okay Airways BK 188 Olympic Airlines OA 189 Oman Air WY 190 Onur Air 8Q 191 Overland Airways 192 Pakistan International Airlines PK 193 Pegasus Airlines PC 194 PGA-Portugalia Airlines NI 195 Philippine Airlines PR 196 Precision Air PW 197 PrivatAir PV 198 Qantas QF 199 Qatar Airways QR 200 АО «Авиакомпания «Rusiya» FV 201 Royal Air Maroc AT 202 Royal Brunei BI 203 Royal Jordanian RJ 204 RwandAir WB 205 S7 Airlines S7 206 SAA SA 207 Safair FA* 208 Safi Airways 4Q 209 SAS SK 210 SATA Air Acores SP 211 SATA International S4 212 Saudi Arabian Airlines SV 213 SBA Airlines S3 214 Shandong Airlines SC 215 Shanghai Airlines FM 216 Shenzhen Airlines ZH 217 SIA SQ 218 SIA Cargo SQ 219 Sichuan Airlines 3U 220 Silk Way West Airlines ZP 221 Silkair MI 222 Sky Airline H2 223 South African Express XZ 224 SriLankan Airlines UL 225 SunExpress XQ* 226 Surinam Airways PY 227 Swiss LX 228 Syrianair RB 229 TAAG Angola Airlines DT 230 TACA TA 231 TACA Peru T0 232 TACV Cabo Verde Airlines VR 233 TAME EQ 234 TAP - Air Portugal TP 235 TAROM RO 236 Tassili Airlines SF 237 Thai Airways TG 238 Thai Lion Air SL 239 Tianjin Airlines GS 240 TNT Airways 3V 241 TransAsia Airways GE 242 TUIfly X3* 243 Tunis Air TU 244 Turkish Airlines TK 245 T'way Airlines TW 246 Ukraine International Airlines PS 247 United Airlines UA 248 UPS Airlines 5X 249 Ural Airlines U6 250 Utair UT 251 Uzbekistan Airways HY 252 VietJet Air VJ 253 Vietnam Airlines VN 254 Virgin Atlantic VS 255 Virgin Australia VA 256 Volaris Y4* 257 Волга-Днепр VI* 258 VRG Linhas Aéreas S.A. G3 259 Vueling Airlines VY 260 Wamos Air EB 261 WestJet WS 262 White Airways WI 263 Wideroe WF 264 Xiamen Airlines MF 265 Yemenia IY 266 Somon Air TJ
Həmçinin bax Beynəlxalq Mülki Aviasiya Təşkilatı
Xarici keçidlər
Kateqoriya:Aviasiya Kateqoriya:Beynəlxalq təşkilatlar