Moz, Mozrov — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2(133, 76)
Tarixi Moz kəndi Arpa çayının cənub qolu boyu KeşkənddənKeşişkənd — İbrahim Bayramov Əzizbəyova (Soylana, Paşalıya) və İstisuya (Cermuxa) gedən şose yolunun üstündə yerləşirMirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.220.
1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Mor kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.59 qeyd edilmişdir. Toponimdə r~z səsdəyişməsi baş vermişdir ki, bu da Azərbaycan dilində qanunauyğun haldırAbdullayev Ə. Z. Azərbaycan dili məsələləri, Bakı, "Bakı Universiteti", 1992. s.234–248Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.221. Erməni mənbələrində Mozrov formasında da qeyd edilirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.92.
Toponimi Toponim qədim türk dilində "ağ, çal, boz, bozumtul" mənasında işələnən moz sözündənДревнетюркский словарь, Л., "Наука", 1969. s.346 əmələ gəlmişdir. Görünür, kəndin yerləşdiyi ərazinin torpağı boz, bozumtul rəngdə olmuşdur. Moz sözü böz sözünün fonetik formasıdır. Türk dillərində b~m səsəvəzlənməsi də qanunauyğundur: bən~mən, buna-muna və s. Ona görə də kəndə relyefə uyğun olaraq Moz adı verilmişdir. Quruluşca sadə toponimdir. Musa Kalankatlının "Alban tarixində" Sisakanda (İndiki Zəngəzurda) ermənicə yazılmışda Mozn toponimi qeyd olunur ("Alban tarixi", III kitab, 14-cü fəsil). Bu toponim "Mozan"adının qədim ermənicə təhrifidir. Zəngilan rayonunda indi xarabalığa çevrilmiş Diri kəndinin yerləşdiyi Diridağın Təktuklu adlanan təpəsində "Mazan nənə" adlı bir pir vardır. (Mazan nənə pirinə, Dəvəçi rayonundakı Taclı-nənə piri kimi, keçmişdə qadınlar müəyyən əhdlə gedirdilər). " Moz sözünün mə'nası aydın deyil. Bu ad fars dilində mozi-"nurlandıran","işıqlandıran" (xristian dinini yayan mə'nasında) və ana sözlərindən ibarətdir. Mazannənə "Mozi ana" adının təhrifidir.
Əhalisi 1727-ci ilə aid mənbədə kənddə cəmi bir azərbaycanlı Əmirbəy Həmzə oğlunun ailəsinin yaşadığı qeyd olunur..1918-ci ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Kənddə 1873-cü ildə 80 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 145 nəfər, 1904-cü ildə 161 nəfər, 1914-cü ildə 177 nəfər, 1916-cı ildə 150 nəfər yalnız azərbaycanlı yaşamışıdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.92–93, 162–163. 1918-ci ilin mart ayında kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri