Apasra Hongsakula (; ) — 1965-ci ildə seçilmiş Tailand əsilli "Kainat gözəli"Görünüşü ilə heyrətləndirən 67 yaşlı kainat gözəli - FOTOSESSİYA . ailem.az, 27.10.2014 .

Həyatı 16 yanvar 1947-ci ildə Tailandın paytaxtı Banqkok şəhərində anadan olmuşdur.

Fəaliyyəti Hazırda öz adına fəaliyyət göstərən "Apasra Beauty Slimming Spa" mərkəzini idarə edir.

Ailəsi Qohumu ilə ailə qurmuş və bu evliliyindən bir oğlu var.

Uğurları Apasra Hongsakula 1964-cü ildə "Miss Thailand", 1965-ci ildə isə "Miss Universe" yarışmasının qalibi olmuşdur.

Gözəlliyi Gənc görünüşü ilə görənləri heyrətləndirən Apasra indiyə kimi heç bir plastik əməliyyat etdirmədiyini deyir.

İstinadlar

Xarici keçidlər "Miss Thailand"ın rəsmi səhifəsi

Kateqoriya:Banqkokda doğulanlar Kateqoriya:Tailand fotomodelləri Kateqoriya:Miss Thailand qalibləri Kateqoriya:Miss Universe qalibləri