Kruds ailəsi () 2013-cü ilin animasiya və macəra filmi.

Məzmun

Kruds adlı mağara ailəsi inadkar ata Qruqun qida taplamaq üçün qısa müddət istisna olmaqla heç kəsin mağaranı tərk etməsinə icazə verməməsi nəticəsində bir neçə təbii fəlakətdən xilas olur. Yeniyetməlik dövründə olan evin qızı Yip ailəsini sevir, amma yenə də qaranlıqda tez-tez mağaranı tərk edir. Bir gecə işıq görən Yip yenə də mağaradan çıxır və məşəl yandıran müasir insan Qay və onun əhlilləşmiş heyvanı ilə tanış olur. Qay Yipi yaxınlaşan fəlakətə görə xəbərdarlıq edir və qaçması üçün ona kömək təklif edir. Ancaq Yip ailəsi ilə birlikdə qalmağı seçir. Qay kömək lazım olanda onu çağırması üçün Yipə dənizqabığı verir. Ancaq Yip evə qayıdanda çılğın ailəsi onu məhv edir. Səbəb onların yeni olan hər şeydən qorxmaları idi.

Daha sonra böyük bir zəlzələ mağaranı və ətrafdakı hər şeyi məhv edir. Kruds ailəsi dağların arasında kəşf etdikləri meşəyə qaçır. Böyük vəhşi pişik tərəfindən qovalanılan krudslar ətyeyən quşlarla rastlaşırlar. Yipin səsini eşidən Qay Yipi və onun ailəsini atəşlə vəhşi quşlardan xilas edir. Ata Qruq Qayı kötüyün içinə salaraq onları təhlükəsiz yerə aparmasını istəyir. Qay təklif edir ki, krudslar uzaqdakı dağlarda yerləşən yeni mağaraya getsinlər. Ancaq hələ ki krudlar Qaya tam inanmırlar.

Səyahət əsnasında Qruq quş yumurtası oğurlamaq istəyir, amma onu bacarmayıb onun yerinə əqrəb tutur. Qay isə Yipə quş ovlamaq üçün necə tələ qurulduğunu öyrədir. Çətin yolda Qay krods ailəsi üçün ayaqqabılar düzəldir və müxtəlif icadları ilə olara kömək edərək özünü sevdirir. Qruq Qayı qısqanmağa başlayır və Qay ilə Yepin bir-birlərini sevdiklərini öyrənəndə Qayın yeniliklərinə qarşı çıxmağa və öz icadlarını yaratmağa başlayır. Ancaq bunlar uğursuz olur. Bunlar Qruq ilə ailəsi arasında münasibətləri pisləşdirir.

Ailə mağara tapır, ancaq kruds ailəsi artıq mağaradan kənarda yaşamağı öyrənmişdir və Qruqdan başqa heç kəs orda yaşamaq istəyir. Əsəbləşən Qruq Qaya hücum edir, ancaq ikisi də uçurumdan axan qatran axıntında ilişib qalırlar. İkili Qayın ideyası sayəsində ordan qurtura bilir.

Daha sonra isə tektonik fəlakət başlayır. Crudslar və Qay qitələrin bir-birindən ayrıldığı uçuruma qədər qaçır. Qruq günəşin istisini hiss edir və qarşı tərəfdə təhlükəsiz torpaq olduğunu düşünür. Qruq tək qalacağını bilsə də, hər kəsi bir-bir qarşı tərəfə tullayır. Tək qalan Qruq mağaraya gedir. Qaranlıqdan qorxan böyük vəhşi pişik isə Qruqa sığınır. Qruqun ağlına möhtəşən ideya gəlir və o, vəhşi pişik ilə birlikdə ailəsinin yanına qayıda bilir. Qruq ailəsi tərəfindən böyük sevgi ilə qarşılanır. Artıq krudslar Qay ilə yeni və təhlükəsiz yerdə yeni həyata başlayırlar.

Səsləndirənlər SəsləndirənSəsləndirdiyi obrazNikolas Keyc QruqRayan Reynolds QayEmma Ston YipKaterin Kiner UqqaKlark Dyuk TankKloris Liçman QranKris Sanders BeltRendi Tom Sendi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:Uydurma ailələr Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Alan Silvestrinin film musiqiləri Kateqoriya:İngilis dilində macəra komediya filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:2010-cu illərin komediya macəra filmləri Kateqoriya:ABŞ-nin yol filmləri Kateqoriya:2013-cü ilin ABŞ filmləri