Heydər Əliyev adına bağ () — Tbilisi şəhərində yerləşən skver tipli park. 15 iyun 2004-cü ildə açılmışdı. Bağ Tbilisinin tarixi rayonlarından birində, Abanotubanidə yerləşir.
Bağın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılmışdır. Abidə Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyev tərəfindən hazırlanmış və postamentin hündürlüyü dörd metrdir. Tarixi Bağın salınması 2004-cü il iyunun 14-də Gürcüstan və Azərbaycan prezidentləri Mixail Saakaşvili və İlham Əliyev ilk ağacları əkməklə. gürcü paytaxtının tarixi mərkəzində bağın əsasını qoydular.TBİLİSİDƏ HEYDƏR ƏLİYEV ADINA PARKIN AÇILIŞ MƏRASİMİ
Tbilisi meriyasının məlumatına görə, Heydər Əliyev adına bağın abadlaşdırılması üçün, şəhər büdcəsindən 75000 lari (təxminən, 45 min ABŞ dolları) ayırılıb.
Bağın və Heydər Əliyevin büstünün açılışı 12 may 2007-ci ildə "Caspian Service" şirkəti tərəfindən yenidən qurulmuş parkın və Azərbaycanın üçüncü Prezidentinin büstünün rəsmi açılış mərasimi olmuşdur. Layihənin memarı F. Axundov, heykəltəraşı isə Azərbaycanın xalq rəssamı Natiq Əliyevdi. Açılış mərasimində Gürcüstan və Azərbaycan prezidentləri Mixail Saakaşvili və İlham Əliyev, hər iki ölkənin Hökumət və Parlament üzvləri, həmçinin diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Büstün postamentlə birlikdə hündürlüyü dörd metr təşkil edir.В Тбилиси состоялось открытие бюста Гейдара Алиева
İnfrastruktur Bağın ümumi sahəsi 1,0 ha təşkil edir. Onun ərazisi çoxlu skamyalarla, əkilmiş tinglərlə, ağaclarla və gül kölları ilə boldur. Həmçinin bağın qulluğunu Azərbaycan Dövlət neft şirkətinin Gürcüstandaki nümayəndəliyi çəkir.Heydar Aliyev Park, Tbilisi (ing.)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Heydər Əliyevin şərəfinə adlandırılmış obyektlər Kateqoriya:Tbilisi