Karolina Buvye Kennedi (, doğ. 27 noyabr 1957) — amerikalı yazıçı, vəkil və diplomat. 2013-cü ildən ABŞ-nin Yaponiyadakı Fövqaladə və Səalhiyyətli Səfiri. Con və Jaklin Kennedinin qızı.
Bioqrafiya 250px|left|thumb|Karolina atası ilə birlikdə. 1963-cü il. Karolina Kennedi 1957-ci ildə Nyu-Yorkda anadan olub. Karolinanın adı xalası Karolina Li Buvyenin şərəfinə qoyulub. ABŞ prezidentinin qızı olaraq 1961-ci ilin fevralından ailəsi ilə birgə Ağ Evdə yaşayırdı. Karolinanın altı yaşı olmasına beş gün qalmış, 22 noyabr 1963-cü ildə atası Con Kennedi Dallas şəhərində qətlə yetirilib. Faciəli hadisələrdən sonra onun ailəsi Manhettendəki Yuxarı İst-Sayt məhəlləsinə köçüb. Karolina 1980-ci ildə Harvard Universiteti nəznindəki Redklif Kollecini bitirmiş və tezliklə Metropoliten muzeyində işləməyə başlamışdır. 1988-ci ildə Kolumbiya Universitetinin hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib.
Kennedi hələ Harvard Universitetində oxuduğu zaman fotoqrafiya sənəti ilə maraqlanmağa başlayıb. O, hətta Avstriyanın İnsbruk şəhərində keçirilmiş XII Qış Olimpiya Oyunlarında fotomüxbirin köməkçisi də işləyib. Lakin Kennedinin əsas fəaliyyəti hüquqşünaslıqla, siyasətlə və xeyriyyəçiliklə bağlıdır. Karolina Kennedi 1989-cu ildə Kennedi ailəsinin digər üzvləri ilə birlikdə "Cəsarət profili" () mükafatının təşkilatçısı qismində çıxış edib. 2002-ci ildən 2004-cü ilə qədər Nyu-York təhsil departamentinin strateji tərəfdaşlıq idarəsinin direktoru işləmişdir. Karolina Kennedi günümüzdə həmçinin Con Kennedi kitabxanasının prezidenti vəzifəsini icra edir. Karolina Ellen Alderman ilə birlikdə vətəndaş azadlıqları mövzusunda iki kitabın müəllifidir.
Karolina Kennedi 2008-ci il prezident seçkilərində Barak Obamanın namizədliyini dəstəkləyib və onun seçkiqabağı kampaniyasında fəal iştirak edib. O, 2009-cu ildə senata üzv olmaq üçün Nyu-York ştatından namizədliyini verib, lakin sonradan şəxsi səbəbləri əsas gətirərək namizədliyini geri götürüb. Yekunda Nyu-York ştatından senata Kirsten Cillibrand seçilib.
2013-cü ildə prezident Barak Obama tərəfindən Yaponiyaya səfir olaraq təyin edilib.Landler, Mark (24 İyul, 2013). "Caroline Kennedy Chosen to Be Japan Ambassador" The New York Times. Retrieved 24 İyul, 2013. Obama xanım Kennedini gözəl ictimai xadim adlandıraraq, təcrübəsinin onun yeni vəzifəsində yardımçısı olacağını deyib. Yaponiyanın nazirlər kabinetinin rəhbəri təyinatı alqışlayıb. Kennedinin Obama ilə yaxın əlaqələrindən danışan Yoşihide Suqa deyib ki, bu addım Ağ Evin Yaponiya-ABŞ əlaqələrinə yüksək qiymət verdiyinə işarədir.
Şəxsi həyatı Karolina Con və Jaklin Kennedi cütlüyünün günümüzdə həyatda qalan yeganə övladıdır. Onun kiçik qardaşı Con, 1999-cu ildə həyat yoldaşı və baldızı ilə birlikdə təyyarə qəzasında faciəli şəkildə həlak olub. Digər qardaşı Patrik isə vaxtından qabaq doğuşdan cəmi iki gün sonra, 9 avqust 1963-cü ildə vəfat edib. Karolina Kennedi 1986-cı ildə Edvin Şlossberq ilə evlənib. Cütlüyün Rouz, Tatyana və Cek adında üç uşağı var.
İstinadlar
Xarici keçidlər
Səfir Karolina Kennedinin rəsmi səhifəsi
Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:ABŞ-nin Yaponiyadakı səfirləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ prezidentlərinin övladları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:ABŞ qadın diplomatları Kateqoriya:Kennedi ailəsi Kateqoriya:ABŞ vəkilləri Kateqoriya:ABŞ aktivistləri Kateqoriya:ABŞ kübarları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar