Trisiya Flores (; 29 dekabr 1979) — qadınlar arasında uzunluğa tullanma və qaçış yarışlarında iştirak etmiş keçmiş belizli atlet.
Pekin 2008 Flores 2008 Yay Olimpiya Oyunlarında Belizi uzunluğa tullanma yarışlarında təmsil edib. O, bu olimpiya oyunlarında Belizi təmsil edən yeganə qadın idmançı olmuşdur. Pekin olimpiadası idmançının qatıldığı ilk Olimpiya Oyunları idi. Flores avqustun 18-də aralarında braziliyalı Mauren Hiqa Maqqi, amerikalı Qreys Apşou və isveçli Karolina Klüftündə olduğu A qrupunda 21 idmançıya qarşı mübarizə aparıb. O, 5.25 metrlik dərəcəylə A qrupunu 19-cu sırada tamamlayıb və final mərhələsinə yüksələ bilməyib. Ümumi sıralamada isə dərəcə ala bilməyən dörd atleti keçərək 42 idmançı arasında 38-ci yeri tutub.
İstinadlar
Xarici keçidlər Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası profili
Kateqoriya:Beliz yüngül atletləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında yüngül atletlər