Çirinkotan — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur.
Ada Çirinkotan vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 724 metrdir. Ada faktiki olaraq kvadrat formaya malikdir. 29 km şərqində Ekarma adası qərarlaşır. Torpaq örtüyü yaxşı inkişaf etməmişdir. Burada çoxlu sayda quş koloniyaları məskən salır.
İstinadlar
Mənbə Описание острова. Chirinkotan at Global Volcanism Program.
Kateqoriya:Kuril adaları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Rusiyadakı stratovulkanlar