Kikboksinq — idmanı müxtəlif texnikaların birləşdiyi müdafiə idmanıdır. Tamamilə fərqli olan 2 idman növünün-Karate və Muay Tay idman növlərinin birləşməsindən əmələ gələn gücə və texniki biliyə əsaslanan idmandır. Kikboksinq ən ağır idman növlərindən biri hesab olunur. Bu idman təkcə hücum üçün deyil eyni zamanda müdafiə üçündür. Təpik və yumruq eyni vaxtda işləndiyi üçün xüsusi əlcək, kask və diş üçün qoruyuculardan istifadə etmək mütləqdir.
Kikboksinqin Növləri Kikboksinqin 3 əsas forması ayrılır: Semi contact, light contact, full contact
Semi contact
Bu növdə adətən 57 kq-dan 94 kq-a və daha çox ağırlıqlı idmançılar döyüşür. Hər biri 2 dəqiqə olmaqla döyüş 3 raund keçirilir. Başın üstü, boyun və bel hissələrə vurmaq qadağandır.
Light contact
Digər xüsusiyyətləri Semi contactla eyni olsa da, fərqli olaraq bu növdə sürət daha vacibdi. Və adətən döyüş dayandırılmır. Xal hesabı ilə və ya nakautla bitir.
Full contact
Adından da göründüyü kimi bu növdə rəqiblə sonuna qədər mübarizəyə başlanılır. Kikboksinqin ən peşəkar növüdür.
Azərbaycanın tanınmış kikboksçuları +№Adı və soyadıNailiyyətlərLəqəb1Pərviz Abdullayev6 qat dünya çempionuKobra2Eduard Məmmədov25 dəfə dünya çempionuAğ Canavar3Zabit SəmədovDünya ÇempionuMauqli4Alim NəbiyevDünya Çempionu
İstinadlar
Kateqoriya:Kikboksinq Kateqoriya:Boks Kateqoriya:Döyüş sənəti