İbn Hövqəl (), Əbülqasım ibn Hövqəl Nəsibi yaxud Əbül-Qasım ibn Havqəl ən-Nisibi () — X əsr ərəb coğrafiyaşünas-səyyahı. Əslən bağdadlı idi. 30 il müxtəlif ölkələrə səyahət edib. 951-ci ildə İstəxrinin "Kitab məsalik əl-məmalik" ("Məmləkətlərin yolları") əsərini təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı "Kitab əl-məsalik vəl-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsəri bəzən "Kitab surət əl-ard" ("Yerin surəti kitabı") adlanır. Kitab xilafət ilə yanaşı, həm də ətrafındakı ölkələrin tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar var.
Ədəbiyyat
İstinadlar
Xarici keçidlər
Kateqoriya:X əsr tarixçiləri Kateqoriya:Ərəb səyyahlar Kateqoriya:X əsr ərəbləri Kateqoriya:X əsr yazıçıları