Evoken — Amerikadan olan funeral doom metal qrupu.

Haqqında Qrup gitaraçı Nick Orlando və Rob Robichaud tərəfindən 1992-ci ildə yaradılmışdır. İlk öncə oqrupun adı Funereus adlanırdı. Daha sonra yeni üzvlər daxil oldu. Beləliklə Rob (Bas/Vokallar); Nick (Gitara); Phil (Gitara) & Vince (Baraban)-da ifa etməyə başladı. Daha sonra 1992-ci ildə onlar Funereus adın da ilk demo albomlarını nəşr etdilər. Bu demo-dan sonra qrupda üzv dəyişikliyi və ad dəyişikliyi həyata keçirildi. Və qrup yeni adı ilə yəni Asmodeus olaraq fəaliyyət göstərməyə başladı. Çox keçməmiş 1994-cü ildə onlar funeral doom metal üslubunun yaradıcalarından olan Thergothon qrupunun demo albomu olan Fhtagn nagh Yog-Sothoth (1991) Evoken adlı trekin adını qoyaraq, Evoken olaraq çıxış etməyə başladılar. Daha sonra onlar 1994-cü ildə “Shades of Night Descending” və 1996-cı ildə “Promo 1996” eləcə də 1997-ci ildə “Promo 1997” adlı üç demo albom nəşr etdilər.

1998-ci ildə isə onlar “Elegy Records” ilə birgə ilk debüt albomlarını nəşr etdilər. Bu albomun adı Embrace the “Emptiness” adlanırdı.

Evoken qrupu və eləcə də Novembers Doom və Rigor Sardonicous kimi Amerikanın ilk əvvəllərdən yaranmış və hələ də fəaliyyət göstərən doom / death metal qruplarıdır.

Üzvlər İndiki Vince Verkay – baraban (1992–ildən) John Paradiso – gitara, vokallar (1994–ildən), sintezator (1994, 2007), bas (2004-2007) Don Zaros – sintezator (2007–ildən) Dave Wagner – bas (2008–ildən) Chris Molinari – gitara (2010–ildən)

Keçmiş Nick Orlando – gitara (1992–2010), sintezator (2007) Phil Wilson – gitara (1992) Rob Robichaud – bas, vokallar (1992–1993) Bill Manley – bas (1994–1996) Dario Derna – sintezator (1995–2002) Steve Moran – bas (1996–2004) Denny Hahn – sintezator (2003–2007) Craig Pillard - Bas, sintezator (2007)

Diskoqrafiya Albomlar Embrace the Emptiness (1998) Quietus (2001) Antithesis of Light (2005) A Caress of the Void (2007) Atra Mors (2012)

Demo-lar Rehearsal/Demo 1992 (1992, Funereus adı ilə) Shades of Night Descending (1994) Promo 1996 (1996) Promo 1997 (1997) Promo 2002 (2002)

Split-lər Evoken/Beneath The Frozen Soil (2010)

Kateqoriya:ABŞ metal musiqi qrupları Kateqoriya:Vikipediya:Şəkli olmayan musiqi qrupları haqqında məqalələr Kateqoriya:1992-ci ildə yaranan musiqi qrupları