"Xalq qəzeti" (27 avqust 1991-ci ilədək "Kommunist" qəzeti) — Azərbaycanda gündəlik ictimai-siyasi qəzet. Azərbaycanda ilk ana dilində çıxan qəzet “Əkinçi”dən 44 il sonra 1919-cu ildə təsis edilmişdir. Sovet dövründə Azərbaycan Kommunist Partiyasının orqanı olan qəzet 1991-ci ildə müstəqil ölkənin “Xalq qəzeti” adını bərpa etmiş, hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə məxsus “Xalq” qəzetinin redaksiyası MMC tərəfindən nəşr olunur. Qəzetin baş redaktoru 2022-ci ildən Əflatun Amaşovdur.

Tarixi 1929-cu il yanvarın 1-də Azərbaycanda yeni əlifba tətbiq edilməyə başladı. Həmin gün "Kommunist" qəzeti yeni əlifba ilə çap olunmağa başlamışdır.

1920-ci ildən etibarən qəzetdə Azərbaycan SSR dövlət orqanlarının hüquqi aktları rəsmi çap edilirdi.

Baş redaktorları

Kommunist Əliheydər Qarayev (1919–1920) Ağababa Yusifzadə (1920–1921) Böyükağa Talıblı (1921) Həbib Cəbiyev (1921–1922) Əliheydər Qarayev (1922) Ruhulla Axundov (1922–1923) Həbib Cəbiyev (1923–1927) Yusif Qasımov-Əhməd Triniç (1927–1931) Yunis Hacıyev (1931–1941) Rza Quliyev (1941–1944) Ağababa Rzayev (1945) Əli Vəliyev (1945–1949) Rza Quliyev (1949–1953) Ağababa Rzayev (1953–1955) Xasay Vəzirov (1955–1958) İsrafil Nəzərov (1958–1963) Ağababa Rzayev (1963–1980) Rəşid Mahmudov (1980–1987) Ramiz Əhmədov (1987–1988) Cəmil Əlibəyov (1988–1990) Tofiq Rüstəmov (1990–1991)

Xalq qəzeti Tofiq Rüstəmov (1991–1995) Mahal İsmayıloğlu (1995–2002) Həsən Həsənov (2002–2022) Əflatun Amaşov (2022–)

İstinadlar

Mənbə Azərbaycan tarixinin bir əsrlik salnaməsi 24 avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 28 avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 30 avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 1 sentyabr 2019

Xarici keçidlər Baş redaktorların "yubiley" davası: "Xalq qəzeti"ni biabırçılıqdan xilas edin"

Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:Azərbaycan dilində qəzetlər Kateqoriya:1919-cu ildə Azərbaycanda yarananlar