Votorati Futbol Klubu — Votorati kimi də tanınan, 12 may 2005-ci ildə təsis edilən və San-Paulu ştatının Votorantim şəhərini təmsil edən Braziliya futbol klubudur. Klub bir dəfə Braziliya Kubokunun iştirakçısı olmuşdur.
Tarixi Klub 12 may 2005-ci ildə bir qrup biznesmen tərəfindən təsis edilmişdir. Votorati klubu 2009-cu ildə Paulista Liqası Seriya A3-ün və Paulista de Futbol Kubokunun qalibi olmuşdur. Votorati 2010-cu ildə Braziliya Kubokunda iştirak etmişdir. İkinci mərhələdə Qremio klubuna məğlub olaraq mübarizəni dayandırmışdır.
Nailiyyətləri Paulista de Futbol Kuboku: 1 2009
Paulista Liqası Seriya A3: 1 2009
Stadion Votorati Futbol Klubu öz ev oyunlarını Estadio Domeniko Paolo Mettidieri stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 10034 nəfərə bərabərdir.
İstinadlar
Kateqoriya:San-Paulu ştatının futbol klubları Kateqoriya:2005-ci ildə Braziliyada yarananlar