Rusiya Yəhudi Konqresi (RYK) — Rusiyanın ən böyük müasir yəhudi təşkilatı. 1996-cı ildə yaradılıb. Qeyri-kommersiya xeyriyyə fondu kimi fəaliyyət göstərir. Təşkilat Rusiyanın ən nüfuzlu və varlı yəhudilərini — yüksək rütbəli məmurları, iş adamlarını, elm və mədəniyyət xadimlərini özündə birləşdirir.
RYK rəhbərliyi thumb|250px|Mixail Fridmanın Rusiya Yəhudi Konqresində çıxışı, 2009-cu il. RYK-nin rəhbər orqanları — rəyasət heyəti, direktorlar şurası və ictimai şuradır. Rəyasət heyətinin tərkibinə daxildir: Mixail Fridman, Leonard Blavatnik, Leonid Melemed, Boris Mints, German Zaxaryayev, Andrey Rappoport, David Yakobaşvili, Yevgeniya Albats, Yuli Qusman, Berl Lazar, Henri Reznik, Vladimir Solovyov, Gennadi Xazanov, Mixail Çlenov, Mixail Berger, Mixail Jvanetski, Qriqor Kroşner və s.
Təşkilatın təftiş komissiyasına Rusiyanın keçmiş iqtisadiyyat naziri Yakov Urinson rəhbərlik edir.
RYK prezidentləri 1996—2001 — Vladimir Qusinski 2001 — Leonid Nevzlin 2001—2004 — Yevgeni Satanovski 2004—2005 — Vladimir Slutsker 2005—2009 — Vyaçeslav Kantor 14 may 2009-cu ildən — Yuri Kanner
İstinadlar
Xarici keçidlər Rusiya Yəhudi Konqresinin rəsmi saytı
Kateqoriya:1996-cı ildə yaradılmış təşkilatlar Kateqoriya:Yəhudi təşkilatlar Kateqoriya:1996-cı ildə Rusiyada yarananlar