Yordanis Duranona Qarsiya (16 iyun 1988) — Kubada anadan olmuş və beynəlxalq yarışlarda Dominikanı təmsil edən üçtəkanla uzunluğa tullanan atlet. O, Pekində keçirilən 2015 Dünya Çempionatında final seçmə mərhələsində mübarizə aparmışdır. Bundan başqa, o, regional səviyyədə bir neçə medal qazanmışdır. Duranona 2011-ci ilin dekabr ayında Kubanı təmsil etməkdən imtina etmişdir.

Yordanis Duranona birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər üçtəkanla tullanma yarışlarını təsnifat mərhələsində nəticə qazana bilmədi və mübarizəni dayandırdı. O, Ölkələrin Paradında Dominika bayrağını daşıyırdı.

Onun karyerası boyunca ən yaxşı nəticəsi 2014-cü ildə Mexikoda əldə etdiyi 17.20 metrdir. (-1.0 m/san)

Karyerası Təmsil edən 2009Mərkəzi Amerika və Karib ÇempionatıHavana, Kuba –Üçtəkanla tullanma16.76 mOut of competition performanceTəmsil edən 2013Mərkəzi Amerika və Karib ÇempionatıMorelia, Meksika1-ciÜçtəkanla tullanma16.45 m2014Birlik OyunlarıQlazqo, Böyük Britaniya8-ciÜçtəkanla tullanma15.81 mPan Amerikan İdman FestivalıMexiko, Meksika1-ciÜçtəkanla tullanma17.20 mMərkəzi Amerika və Karib ÇempionatıXalapa, Meksika3-cüÜçtəkanla tullanma16.67 m2015Pan Amerikan OyunlarıToronto, Kanada4-cüÜçtəkanla tullanma16.72 mNAKAK ÇempionatıSan-Xose, Kosta-Rika1-cüÜçtəkanla tullanma16.98 mDünya ÇempionatıPekin, Çin21-ci (q)Üçtəkanla tullanma16.27 m2016Dünya Qapalı ÇempionatıPortlend, ABŞ16-cıÜçtəkanla tullanma15.27 mOlimpiya OyunlarıRio-de-Janeyro, Braziliya –Üçtəkanla tullanmaNM

İstinadlar

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər