Qraf Orqasın dəfni () əsəri 1586-1588-ci illərdə Yunan mənşəli İspaniya rəssamı El Qreko tərəfindən çəkilmiş

XIV əsrin əvvəlinə aid əfsanə bu şəklin mövzusuna çevrilmişdir. Toledo əhli və şəhərin senyoru Orqas don Qonsalo Ruis 1312-ci ildə vəfat etmişdir. Onun ailəsi qraf tituluna sonralar layiq görülmüşdür, don Qonsalo Ruis həmin titulla ölümündən sonra məşhurlaşmışdır. Qraf Orqas mömin adam idi, öz xeyriyyə fəaliyyəti ilə tanınmışdı, San-Tome kilsəsinin (El Qreko da həmin kilsənin abidlərindən idi) genişləndirilməsindən və bəzədilməsindən ötrü xüsusi vergi barədə fərman vermişdi. Əfsanəyə görə, don Qonsalo Ruisin dəfn mərasimində onun dəfnindən ötrü müqəddəs Stefan və müqəddəs Avqustin səmalardan enmişdi.

Kateqoriya:1586-cı ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Vəftizçi İohann rəsmləri Kateqoriya:Bakirə Məryəm rəsmləri Kateqoriya:İsanın təsvir edildiyi rəsm əsərləri Kateqoriya:Mələklər incəsənətdə Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:Ölüm haqqında rəsm əsərləri Kateqoriya:Xristian müqəddəslərinin təsvir edildiyi rəsm əsərləri