Adel Blox – Bauerin portreti I () 1907-ci ildə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilib

"Adel Blox – Bauerin portreti I" rəsmi həm də "Qızıl Adel", yaxud "Avstriyanın Mona Lizası" kimi məşhurdur. Əsər Klimtin yaradıcılığının və bütövlükdə Avstriya Yugendstilinin ən əhəmiyyətli yadigarlarından biridir. Həmin rəsm əsəri Nyu Yorkda Amerika sahibkarı Ronald Lauder tərəfindən təsis edilən Yeni qalereya üçün 2006-cı ildə çox baha qiymətə – 135 milyon dollara satın alınmışdır.

Kateqoriya:1907-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Qustav Klimtin rəsm əsərləri Kateqoriya:Qadın portretləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər