Pir Əhməd kəndi () - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Pir Əhməd kəndi İran İslam Respublikasının ən qərbi nöqtəsində yerləşən yaşayış məntəqələrində biri hesab edilir və İran İslam Respublikası ilə Türkiyə sərhəddində yerləşir.اطلس گیتاشناسی استان‌های ایرانElə bu səbəbdən də Ramazan ayının başlayışının ayparasını müşahidə etmək üçün bu kənd xüsusi diqqət çəkir. Kənd ərazisində Pir Əhməd kəndi və ya Qazlıgölü adında bir kiçik göl yerləşir.

Əhalisi 2006-cı il məlumatına görə kənddə 200 nəfər yaşayır (38 ailə). Kənd əhalisi Azərbaycanlıların subetnik qolu Ayrımlardan ibarətdir və şiə müsəlmandırlar.

İstinadlar

Kateqoriya:Çaldıran şəhristanının kəndləri