Hadisələr 1 yanvar: ABŞ-yə qulların daxil olmasının qadağan edilməsi. Fransada Kommersiya kodeksinin tətbiq olunması. 28 yanvar — Portuqaliyanın Braziliyadakı limanlarının digər olkələrlə ticarət üçün açıq elan edilməsi. 20 fevral — Rus-isveç müharibəsinin başlanması 1 mart: I Napoleon tərəfindən imperiya zadəganlığının təşkili haqqında fərman verilməsi. ABŞ-də embarqo haqqında və İngiltərə ilə münasibətlərin qadağan edilməsi haqqında qanununun ləğv edilməsi. 23 mart — Marşal Müratın başçılığı ilə fransız ordusunun Madridə daxil olması. 27 mart — Fransa imperatoru I Napoleonun İspaniya taxt-tacını qardaşı Lui Napoleona təklif etməsi. 1 aprel — Finlandiyanın Rusiya imperiyasına birləşdirilməsi. 12 aprel — ABŞ-də ordu və donanmanın artırılması haqqında qanun qəbul edilməsi. 1 may: Varşava Böyük hersoqluğunda Fransız Mülki kodeksinin tətbiq olunması. Bavariyada parlamentin təşkilini nəzərdə tutan konstitusiyanın tətbiq edilməsi. 2 may — Madriddə fransız idarə-üsuluna qarşı üsyanın başlanması, marşal Mürat tərəfindən yatırılsa da, bu üsyanın ispan xalqının Napoleon əleyhinə hərəkatın başlanğıcı olması. 17 may — Roma şəhərinin və əyalətinin Fransaya birləşdirilməsi. 30 may — İtaliyanın Toskana əyalətinin Fransaya birləşdirilməsi. 6 iyun — Fransa imperatoru I Napoleon tərəfindən Ispaniya taxt-tacının öz qardaşı Jozef Bonaparta verilməsi haqqında dekret imzalanması. 8 iyun — Fransada pespublikanı bərpa etmək məqsədi daşıyan sui-qəsdin üstünün açılması. 15 iyun — İspaniyada fransız ordusu tərəfindən Saraqosanın mühasirəsinin başlanması. 20 iyun — Fransa ilə İtaliya Krallığı arasında ticarət müqaviləsinin imzalanması. 7 iyul — İspaniyada I Napoleonun əmri ilə tərtib olunmuş Bayonna Konstitusiyasının elan edilməsi. 9 iyul — Jozef Bonapartın İspaniya sərhəddini keçməsi. 14 iyul — Fransa marşalı Jan Batist Bessyerin ordusu tərəfindən Medina del Rio Seko yaxınlığında İspaniya qüvvələrinin darmadağın edilməsi. 15 iyul — Fransa imperatoru I Napoleonun müssiyasının Karakasa (Yeni Qranadada ispan vitse-krallığı) gəlməsi. 28 iyul: Jozef Bonapartın Madridə gəlməsi. Baylen yaxınliğında baş verən döyüşdə ispanlar tərəfindən diviziya generalı Pyer Dyüponun başçılığ etdiyi fransız ordusunun darmadağın edilməsi. İstanbulda baş verən çevriliş nəticəsində IV Mustafanın və keşmiş sultan III Səlimin öldürülməsi, II Mahmudun taxta çıxması. 1 avqust — Jozef Bonapartın Madriddən qaçması. 13 dekabr — Fransa imperatoru I Napoleon tərəfindən Madridin tutulması.

Doğumlar 24 mart — Mariya Malibran Azərbaycan tarixçisi Məhəmməd Rəzi Təbrizi.

Ölümlər Mirzə Müslüm Qüdsi Ələmdar Mustafa Paşa