Yaku Meyte (11 fevral 1996-cı ildə Parisdə anadan olub) — Ridinq klubundan icarə əsasında Liqa 1 təmsilçilərindən olan Sojo klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusu.

Karyerası

Klub Pari Sen-Jermen Meyte öz peşəkar karyerasında debütünü PSJ klubu ilə 9 aprel 2016-cı ildə etmişdir. O, 91-ci dəqiqədə Liqa 1 komandalarından olan Genqam klubu ilə qarşılaşmada Jan-Kevin Oqustini əvəz etmişdir. Həmin görüşdə PSJ Genqama səfərdə 2-0 hesabı ilə qalib gəlmişdir.

Ridinq 29 iyul 2016-cı ildə Meyte İngiltərə klublarından olan Ridinq klubu ilə üç illik müqavilə imzalamışdır. Meyte Ridinq klubu ilə debütünü 9 avqust 2016-cı ildə EFL Kubokunda Plimut Arqli klubuna qarşı oyunda etmişdir. Meyte klubu ilə ilk qolunu isə 21 yanvar 2017-ci ildə Çempionşip görüşündə Derbi Kauntri klubu ilə oyunda vurmuşdur. Həmin görüşdə Ridinq rəqibinə 3-2 hesabı ilə məğlub olmuşdur.

7 iyul 2017-ci ildə Meyte Liqa 1 təmsilçilərindən olan Sojo klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.

Milli komanda Meyte Fransada anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuarlıdır. Meyte Kot-d'İvuarın U-17 və U-20 komandalarında çıxış etmişdir.

Karyera statistikası

Klub

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaMilli KubokLiqa KubokuKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolPari Sen-Jermen2013–14Liqa 10000000000002014–150000000000002015–16100000000010Ümumi1023--100043Pari Sen-Jermen B2013–14National 210--70-102014–15206--64-3012015–16242--104-235Ümumi458----238--6816Ridinq2016–17Çempionşip1410010-001512017–18000000-0000Ümumi1410010--00151Sojo (icarə)2017–18Liqa 2000000––00Ümumi karyera6090010238008417

İstinadlar

Kateqoriya:Kot-d'İvuar futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Soşo FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Kot-d'İvuar milli futbol komandasının oyunçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:İngiltərədə legioner Fransa idmançıları Kateqoriya:Parisdə doğulmuş futbolçular