Aleksey Balabanov (; doğ. 25 fevral 1959, Sverdlovsk — 18 may 2013, Sankt-Peterburq) — rusiyalı rejissor, ssenari müəllifi və prodüser. "Eybəcərlər və insanlar haqqında" filmində rejissor işinə görə "Nika" mükafatının sahibi, "Qardaş" və "Müharibə" filmlərinə görə "Kinotavr" kinofestivalın ikiqat mükafatçısı.

Həyatı thumb|left|200px|Sverdlovsk məktəb binasında Aleksey Balabanovun xatirə lövhəsi 25 fevral 1959-cu ildə Sverdlovskda anadan olub. Nikolay Dobrolyubov adına Nijni Novqorod Dövlət Dillər Universitetinin tərcümə fakültəsində təhsil alıb.

1981-83-cü illərdə Sovet Ordusunda zabit kimi hərbi xidmət keçib (hərbi-nəqliyyat aviasiyasında). Bu illər ərzində Afrika və Asiya ölkələrinə səyahət edib. Sonradan bu təcrübə ona "200-cü yük" filmində kömək oldu. Əfqanıstan müharibəsi iştirakçısı olub. Hərbi qulluğunun bitməsinə az qalmış Hərbi Dəniz Donanmasına keçirilir və həmin illərdən dənizçi geyiminə xüsusi sevgisi yaranıb.

Sverdlovsk kinostudiyasında dörd il rejissor assistenti işləmişdir. 1990-cı ildə Ali Ssenaristlər və Rejissorlar kursunun məzunu olmuşdur.

İlk filmini 26 yaşında 1985-ci ildə Uralda lentə aldı. Filmin ssenarisi bir gecəyə yazılmışdı. Az büdcəyə ərsəyə gələn filmin çəkilişləri restoranda aparılıb. Filmdə Nautilus Pompilius musiqi qrupunun mahnılarından istifadə olunub. Balabanov qrupun lideri olan Vyaçeslav Butusov ilə tanış idi. Debütündan sonra sənət kinosuna meyil edən rejissor, peşəkar aktyorlarla işləməkdən imtina etməyə başlayır.

1990-cı ildə Balabanov Sankt-Peterburqa köçür. 1992-ci ildə dostu Sergey Selyanovla bərabər "STV" kino şirkətini yaradır. Rejissorun əksər filmləri bu kompaniya vasitəsi ilə çəkilir.

İlk iki tammetrajlı filmində rejissor ədəbiyyata müraciət edir. "Xoşbəxt günlər" Semyuel Bekketin, "Qəsr" isə Frans Kafkanın əsərləri əsasında çəkilir.

Balabanovu məşhur edən film isə cavan muzdlu qatilin hekayəsindən bəhs edən 1997-ci ildə çəkilmiş "Qardaş" filmi olur. Film Rusiya kino tarixinin 90-cı illər üçün kultuna çevrilir.

1998-ci ildə Balabanov ssenarisini beş il qabaqcadan yazdığı, lakin maliyyə çatışmazlığı ucbatından reallaşdıra bilmədiyi "Eybəcərlər və insanlar haqqında" filmini təqdim edir. Film mübahisəli mövzusuna baxmayaraq (filmdə Rusiya imperiyasındakı pornoqrafiya istehsalçıları barəsində danışılır), "Ən yaxşı film" kateqoriyasında "Nika" mükafatına layiq görülür.

2000-ci ildə Balabanov “Qardaş” filminin sikveli olan “Qardaş 2” filmini çəkir. Bu dəfə hadisələr Moskvada və ABŞ-da cərəyan edir. Film yenə hadisəyə çevrilir və sevilir.

2002-ci ildə rejissor ikinci rus-çeçen müharibəsindən bəhs edən və birmənalı qarşılanmayan "Müharibə" filmini təqdim edir. "Ağır" filmlərdən sonra Balabanov baxış bucağını dəyişmək üçün iki "yüngül" "Gözbağlıca" kriminal komediya filmini və "Mənə ağrılı deyil" melodramını çəkir.

Balabanovun sonuncu işi 2012-ci ildə çəkilmiş "Mən də istəyirəm" filmi olub. Rejissor bu filmdə insanın həyatdan getməsi problemini anlatmağa çalışıb. Balabanov filmin bəzi kadrlarında epizodik rolda çəkilib. Bu filmdən sonra o, müsahibələrində, tezliklə öləcəyinə işarə etməyə başlamış və bu filmin onun sonuncu filmi olacağını söyləmişdir.

Aleksey Balabanov 2013-cü il mayın 18-də, saat 16 radələrində Sestroreçke şəhərindəki (Peterburqun Kurort rayonu) "Qum Təpələri" sanatoriyasında növbəti ssenarisi üzərində işləyərkən ürək tutmasından vəfat edib. Onun 54 yaşı var idi. Ölü duası mayın 21-də Knyaz-Vladimirski kilsəsində keçirilib. Balabanov elə həmin gün Smolensk qəbiristanlığında dəfn olunub.

Balabanov həvəskar və sənədli filmləri nəzərə almasaq, cəmi 14 bədii film çəkmişdir.

Ailəsi Balabanov iki dəfə evli olub: birinci arvadı İrina, oğlu Fyodor (ixtisasca iqtisadçıdır). ikinci arvadı Nadejda Vasilyeva, "Lenfilm"in geyim rəssamıdır. Balabanov onunla "Qəsr" filminin çəkilişləri zamanı tanış olub. Oğlu Pyotr (1995-ci il təvəllüdlü).

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı Filmin növü1987 Əvvəl başqa zamanlar idi rejissor, ssenarist qısametrajlı bədii film1988 Mənim dostum yoxdur, yaxud One step beyond rejissor, ssenarist qısametrajlı bədii film1989 Nastya və Yeqor rejissor, ssenarist qısametrajlı bədii film1989 Rusiyada hava uçuşu haqqında rejissor sənədli film1991 Xoşbəxt günlər rejissor, ssenarist tammetrajlı bədii film1991 Sərhəd münaqişəsi ssenarist tammetrajlı bədii film1994 Qəsr rejissor, ssenarist tammetrajlı bədii film1994 Özgəyə xəbər prodüser tammetrajlı bədii film1995 Trofim rejissor, ssenarist, aktyor qısametrajlı bədii film1995 Sergey Eyzenşteyn. Tərcümeyi-hal prodüser sənədli film1997 Qardaş rejissor, ssenarist tammetrajlı bədii film1998 Eybəcərlər və insanlar haqqında rejissor, ssenarist tammetrajlı bədii film2000 Qardaş 2 rejissor, ssenarist, aktyor tammetrajlı bədii film2002 Müharibə rejissor, ssenarist tammetrajlı bədii film2002 Çay (tamamlanmamış) rejissor, ssenarist, hekayəçi qısametrajlı bədii film2005 Gözbağlıca rejissor, ssenarist tammetrajlı bədii film2006 Mənə ağrılı deyil rejissor tammetrajlı bədii film2007 Yük 200 rejissor, ssenarist tammetrajlı bədii film2008 Morfi rejissor tammetrajlı bədii film2010 Ocaqçı rejissor, ssenarist tammetrajlı bədii film2012 Mən də istəyirəm rejissor, ssenarist, aktyor tammetrajlı bədii film

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Aleksey Balabanov Kinopoisk saytında "Seans" jurnalının internet saytında Aleksey Balabanov haqqında məqalələr

Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Yekaterinburqda doğulanlar Kateqoriya:Rusiya prodüserləri