Əbhər sülh müqaviləsi — 1500-cü ilin payızında Ağqoyunlu şahzadələri arasında imzalanmış və dövlətin rəsmən bölünməsini təsdiq edən müqavilə.

Tarixi 1497-ci il dekabrın 13-də İsfahan yaxınlığında Gödək Əhməd məğlub oldu və öldürüldü. Təqribən 7 ay hakimiyyətdə olan Gödək Əhməd məqsədinə nail ola bilmədi.İradə Nuriyeva Azərbaycan Tarixi (ən qədim zamanlardan– XXI əsrin əvvəllərinədək), səh.110

Gödək Əhmədin ölümündən sonra Əbih Sultan 1497-ci ilin dekabrında Murad Mirzəni Qum şəhərində Ağqoyunlu sultanı elan etdi. 1498-ci ildə Eybə Sultan və tərəfdarları Əlvənd Mirzəni dəstəkləyərək Muradı məğlub etdilər. Murad Mirzə Marağada həbs olundu.İradə Nuriyeva Azərbaycan Tarixi (ən qədim zamanlardan– XXI əsrin əvvəllərinədək), səh.110–111

Lakin 1499-cu ildə Eybə Sultan və tərəfdarlar məğlub oldular Əlvənd Mirzə Diyarbəkirə çəkildi. Eybə Sultanı öldürən qardaşı Nurəli bəy isə dəstəklədiyi Məhəmməd Mirzəni Təbrizdə sultan elan etdi. Məhəmməd Mirzənin də hakimiyyəti çox çəkmədi Əlvənd Mirzə geri qayıdaraq onu məğlub etdi və Fars vilayətinə çəkilməyə məcbur etdi.

Eybə Sultanın digər qardaşı Gözəl Əhməd bəy isə həbs edilmiş Murad Mirzəni azad edərək, keçmiş Fars hakimi olan Qasım bəyin yanına gətirdi. Birləşmiş qüvvələr Fars vilayətinə hücum edərək Məhəmməd Mirzənin tərəfdarlarını məğlub etdilər. Döyüşdə Məhəmməd Mirzə öldürüldü.

Məhəmməd Mirzənin öldürülməsindən sonra iki şahzadə Əlvənd Mirzə və Murad Mirzə arasında mübarizə davam edirdi. Lakin şahzadələrdən heç biri üstünlüyü ələ keçirə bilmədi. Beləliklə Dərviş Baba Xeyrullahının vasitəçiliyi iləQaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.30 Təbriz yaxınlığında — Əbhər adlı yerdə sülh müqaviləsi bağlandı.

Müqavilənin şərtləri Müqavilənin şərtinə əsasən Qızılüzən çayı sərhəd olmaqla Azərbaycan və Diyarbəkir Əlvəndə, Ərəb İraqı, Əcəm İraqı və Kirman isə Sultan Murada qaldı.İradə Nuriyeva. Azərbaycan Tarixi(ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək), səh.111

Bu parçalanma Ağqoyunluların hərbi cəhətdən sarsılmasına və süqutunun sürətlənməsinə gətirib çıxardı.

İstinadlar

Ədəbiyyat Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000. — 198 s. Nuriyeva İradə Tofiq qızı. Azərbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). – Bakı: Mütərcim, 2015. – 336 səh.

Həmçinin bax Ağqoyunlular

Kateqoriya:Ağqoyunlular Kateqoriya:1500-cü ildəki hadisələr