Silvestr Qardensio Stallone (; ) — ABŞ aktyoru və filmmeykeri. Rokki və Rembo rollarının ifaçısıdır. O, 1977-ci ildə ekranlara çıxan "Rokki" filmindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib. 2016-cı ildə çəkilən "Krid" filmində Robert "Rokki" Balboa obrazını yenidən canlandırıb. Bu ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb, 2025-ci il dekabr ayında ifaçılıq sənətinin inkişafındakı görkəmli töhfələrinə görə Kennedi Mərkəzinin medalına layiq görülüb.

Həyatı Silvestr Stallone 1946-cı il iyul ayının 6-sı ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərində yerləşən Manhetten borosundakı Hells Kitçen məhəlləsində anadan olub. Onun atası ABŞ-yə köçmüş italiyalı immiqrant Frenk-Stallone-böyük (, 1919–2011) bərbər vəzifəsində çalışmış, anası Jaklin Stallone (Jaklin Leybofiş) isə əslən Ukrayna yəhudisi olan astroloq, rəqqas və boks təbliğatçısı olmuşdur. Anasının doğuşu ağır keçmiş və həkimlər yanlışlıqla Stallonenin sinirlərini zədələmişdir. Onun dodaqları, dili və çənəsi iflic olmuşdur. Öz sözlərinə əsasən uşaqlığı elə də xoşbəxt keçməyib. Üzü ilə baş vermiş problemlər sonradan onun bir növ vizit kartına çevrilmişdir Valideynləri həm Silvestrə həm də onun qardaşı Frank Stallone-kiçikə qarşı çox laqeyd idilər. Valideynləri 1957-ci ildə boşandıqdan sonra 11 yaşlı Silvestr öz atası ilə qaldı. Davranışla bağlı problemləri olduğu üçün tez-tez oxuduğu məktəblərdən xaric edilirdi. Onun qiymətləri olduqca pis idi və o tez-tez sinif yoldaşları tərəfindən ələ salınırdı.

thumb|left|Silvestr Stallone

Uşaqlıq illərində o öz fantaziyalarında özünü super qəhrəman kimi canlandırırdı. 15 yaşında Stallone Filadelfiyaya, anası və onun yeni ərinin yanına köçür. Bu vaxtlar o ağırlıq qaldırma ilə məşğul olur və emosional pozğunluqları olan uşaqlar üçün nəzərdə tutulmuş "Deveraux High School" məktəbində təhsil alır. Burada o həmçinin qılınc oynatma, futbol və disk atma kimi idman növləri ilə məşğul olur və məktəb pyeslərində rol alır. Məktəbi bitirdikdən sonra Stallone İsveçrənin Amerika kollecində atletik təqaüdü qazanır. Burada o qızların atletika üzrə məşqçisi olur və məktəb tərəfindən təşkil edilən Artur Millerin "Satıcının ölümü" adlı əsərində baş rolda çıxış edir. ABŞ-yə qayıtdıqdan sonra, Mayami Universitetində təhsil almış və 1969-cu ildə Nyu-Yorka köç etmişdir.

Karyerası İlk öncələr Stallone bir sıra aşağı səviyyəli teatrlarda rollar qazanırdı. Gənc yaşlarında hətta bir sıra yumşaq pornofilmlərdə də çəkilmişdi. 1971-ci ildə Stallone Vudi Allenin "Bananas" filmində rol alır. Amma 1971-ci ildə ona müraciət etdiyi "Xaç atası" filmində rol vermirlər. 1973-cü ildə "No Place to Hide" filmində baş rola çəkilir. 1974-cü ildə aktrisa Saşa Çak ilə ailə həyatı qurur və Kaliforniyaya köçür. 1974-cü ildə "The Lords of Flatbush" filmində rol alaraq uğur qazanır. "Rokki" filmi üçün yazdığı ssenari dərhal aparıcı film studiyalarının fikrini cəlb edir. 1976-cı ildə çəkilmiş "Rokki" filmi bir neçə kateqoriyada Oskar mükafatına layiq görülür.

Stallone artıq Hollivudun "A" kateqoriyalı aktyorları arasına düşmüşdü. O 4 ədəd əlavə "Rokki", "Rembo" və "F.I.S.T." filmlərinin ssenarilərini qələmə almış və onlarda çəkilmişdi. Rejissor debütünü isə "Paradise Alley" adlı əsəri ilə etmişdi. Bundan başqa o, başqa rejissorlar tərəfindən çəkilən "Demolition Man", "Hakim Dredd" və "Cop Land" filmlərində rol almış və hətta yaşlanmış şerifi təsvir etmək üçün 30 fut kökəlmişdi. Stallonenin "Stop! Or My Mom Will Shoot" və "Oscar" kimi filmləri uğurluluq və gəlirlilik cəhətdən müvəfəqiyyətsiz olublar. 1998-ci ildə baş qəhrəmanlarından birini səsləndirdiyi "Antz" cizgi filmi olduqca böyük uğur qazanır.

Şəxsi həyatı Silvestr Stallone üç dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən iki oğlu, üçüncü evliliyindən isə üç qızı dünyaya gəlib. İlk həyat yoldaşı olan Saşadan iki oğlu Sage və Seargeoh doğulub. 1979-cu il təvəllüdlü oğlu Searhgeoh-ə autizm diaqnozu qoyulmuşdur. 1985-ci ildə Stallone Saşa ilə boşanır və Brigitt Nilsenlə ailə həyatı qurur. Bu evlilik 1987-ci ilə qədər davam edir.

1997-ci ildə isə Ceniffer Flavinlə ailə həyatı qurur və cütlüyün üç qızı dünyaya göz açır.

Stallonenin oğlu Sage Moonblood Stallone 2012-ci ildə 36 yaşında olarkən ürək xəstəliyindən vəfat etmişdir.

Çəkildiyi filmlər İl Film Rol Qeydlər 1970 Kitti və Stad ətrafında şənlik Stud 1970 Lovers and Other Strangers Extra 1970 No Place to Hide Jerry Savage 1971 Klute Extra/Man dancing in club 1971 Bananas Subway Thug #1 1974 The Lords of Flatbush Stanley Rosiello Writer (additional dialogue) 1975 Farewell, My Lovely Jonnie 1975 Death Race 2000 Machine Gun Joe Viterbo 1975 Capone Frank Nitti 1975 The Prisoner of Second Avenue Youth in Park 1975 Police Story Caddo TV guest star 1975 Kojak Detective Rick Daly TV guest star 1976 Rokki Rokki Balboa Writer 1976 Cannonball Mafioso Cameo 1978 Paradise Alley Cosmo Carboni Director and Writer 1978 F.I.S.T. Johnny D. Kovak Writer 1979 Rokki 2 Rokki Balboa Director and Writer 1981 Escape to Victory Captain Robert Hatch a.k.a. Victory 1981 Nighthawks Det. Sgt. Deke DaSilva 1982 İlk qan Con Rembo Writer 1982 Rokki 3 Rokki Balboa Director and Writer 1983 Staying Alive Man on Street (Cameo) Director, Producer and Writer 1984 Rhinestone Nick Martinelli Writer 1985 Rokki 4 Rokki Balboa Director and Writer 1985 Rembo 2 Con Rembo Writer 1986 Kobra Lieutenant Marion 'Cobra' Cobretti Writer 1987 Var gücü ilə Lincoln Hawk Writer 1988 Rembo 3 Con Rembo Writer 1989 Tanqo və Keş Raymond 'Ray' Tango 1989 Lock Up Frank Leone 1990 Rokki 5 Rokki Balboa Writer 1991 Oskar Angelo 'Snaps' Provolone 1992 Dayan! Yoxsa anam atəş açacaq Sgt. Joe Bomowski 1993 Demolition Man Con Spartan 1993 Qayayadırmaşan Qeyb Uolker Writer 1994 Mütəxəssis Ray Quick 1995 Muzdlu qatillər Robert Rath 1995 Hakim Dredd Judge Joseph Dredd 1996 Gün işığı Kit Latura 1997 Cop Land Sheriff Freddy Heflin 1997 The Good Life Boss not released 1998 An Alan Smithee Film: Burn Hollywood Burn Himself Cameo 1998 Qarışqa Zed Weaver Voice Acting 2000 Get Carter Jack Carter 2001 Driven Joe Tanto Writer 2002 D-Tox FBI Agent Jake Malloy (released on DVD as Eye See You) 2002 Avenging Angelo Frankie Delano 2003 Taksi 3 Le premier passager Cameo 2003 Spy Kids 3-D: Game Over The Toymaker 2004 Shade Dean 'The Dean' Stevens 2005 Las Vegas Frenk TV guest star (2 episodes) 2005 The Contender Presenter TV show 2006 Rokki Balboa Rokki Balboa Director and Writer 2008 Rembo 4 Con Rembo Director and Writer 2009 Kambakth Ishq As Himself Bollivud filmi 2010 Qabağıalınmazlar Barney Ross Director and Writer 2012 Qabağıalınmazlar 2 Barney Ross Director and Writer 2013 Qaçış planı Rey Breslin 2014 Qabağıalınmazlar 3 Barney Ross Director and Writer2014Reach MeChief Gerald Cavallo2015KridRobert "Rocky" Balboa2016Ratchet & ClankLieutenant Victor Von IonSəsləndirmə2017Qalaktika mühafizəçiləri 2Stakar Ogord2017Animal CrackersBulletmanSəsləndirmə2018Escape Plan 2: HadesRay Breslin2018Creed IIRobert "Rocky" Balboa2018BacktraceDetective Sykes2019Escape Plan: The ExtractorsRay Breslin2019Rallying CryJasper Reese2019Rambo: Last BloodJohn J. Rambo2019One Night: Joshua vs. RuizÖzüSənədli film2021The Suicide SquadNanaue / King SharkSəsləndirmə2021The Making of 'Rocky vs. Drago'ÖzüSənədli film2022SamaritanJoe Smith / Samaritan / Nemesis2022MVP2023Creed III2023Qalaktika mühafizəçiləri 3Stakar Ogord2023Expend4ablesBarney Ross2024ArmoredMəlum deyil2025Levon's TradeMəlum deyil2025AlarumChester

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Kennedi Mərkəzinin Fəxri Mükafatı laureatları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ televiziya aktyorları